SEA BREEZE
Xəzər dənizində
dünya səviyyəli kurort

Sea Breeze Resort Xəzər dənizinin mənzərəli sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən unikal kurort kompleksidir. Sea Breeze-də mülayim iqlim, isti dəniz və geniş qumlu çimərliklər müasir insanın bütün ehtiyaclarına cavab verən infrastrukturla tamamlanır. Otellərin böyük seçimi, dəbli restoranlar, SPA və fitnes mərkəzləri Xəzər sahilində istirahətinizi rahat və əyləncəli edəcək.

 

Bütün ili Sea Breeze-də keçirmək istəyənlər üçün burada 24 /7 marketlər, müalicə və Anti-Aging Center, resepşn, məktəb, uşaq bağçası, çatdırılma xidmətləri, yaxtalar və qayıqlar üçün estakada və sair obyektlər xidmət edir. Bütün bunlar Sea Breeze-ni həqiqətən dünya səviyyəli kurort edir.

 

arrow

“SEAYA” İLƏ BRON EDİN!

 
 

SEA BREEZE”DƏ YAŞAYIN!

Yaşayış məkanların müxtəlifliyi Sizin rahatlığınız və mükəmməl istirahətiniz üçün

arrow
Məsafə
0

İnfrastruktur Sea Breeze Resort

Otellər

Sea Breeze otelləri yüksək xidmət və məşhur Azərbaycan qonaqpərvərliyinin nümunələridir. Sea Breeze Hotel, The Grand, White Villas və Cube Hotel – mehmanxanada qalmaqdan özünüz zövq alın və ya qonaq dəvət edin, konfranslar, toylar, banketlər keçirin və biz bütün tədbirləri sıfırdan təşkil edəcəyik. Xidmətin keyfiyyəti haqqında narahat olmağınıza ehtiyac qalmayacaq!

Daha çox kəşf edin

Həyat üçün hər şey

İndi kosmetoloqa baş çəkmək və ya masaj etmək üçün Sea Breeze ərazisini tərk etməyə ehtiyac yoxdur. Spa və Yaşlanma əleyhinə mərkəzdə sakinlər tibbi, kosmetoloji və sağlamlıq xidmətlərinin tam spektrindən yararlana bilərlər: aparat və inyeksiya kosmetologiyası, vitaminlər və plasenta preparatları ilə damcılı inyeksiyalar, üz və bədən üçün estetik prosedurlar, həmçinin hamam, masaj və manual terapiya.

Daha çox kəşf edin

Uşaqlar

İstirahətinizdən həzz alın, biz isə uşaqların əyləncəli və maraqlı vaxt keçirməsini təmin edəcəyik. Sea Breeze-də bunun üçün hər cür şərait var. Uşaq Klubunda uşaqlar yelləncəklər, sürüşkənlər və batutlar olan açıq uşaq meydançasını, həmçinin qapalı oyun meydançasını çox bəyənəcəklər. İnkişaf edici məktəbəqədər təhsilə və əla keyfiyyətli orta təhsilə Britaniya proqramlarına uyğun olaraq ingilis dilində dərslərin keçirildiyi LANDAU Məktəbində yiyələnmək mümkündür.

Daha çox kəşf edin

Shopping

Sea Breeze Mall supermarketlər, barlar və restoranlar, brend geyim və ayaqqabı butiklərini, kinoteatrı özündə ehtiva edən böyük ticarət və əyləncə kompleksidir. Sea Breeze Resort-un ərazisində metropolis sakininin öyrəşdiyi hər şey piyada məsafədə yerləşir.

Daha çox kəşf edin

Barlar və restoranlar

Sea Breeze-in qonaqlarını və sakinlərini bütün sahildə səpələnmiş bar və restoranların rəngərəngliyi gözləyir. Shore House-da siz Azərbaycan, Qafqaz və Pan-Asiya mətbəxinin ən məşhur yeməklərini dada bilərsiniz. Dəbli Fish Box-da dəniz məhsullarından ləziz təamların böyük bir seçimi var. Rose Bar Beach müxtəlif kokteyllər və Aralıq dənizi mətbəxinin xitlərini təklif edir. Event Hall-da isə sizə tam kart-blanş təqdim olunur: tədbiriniz üçün istənilən mətbəxi seçə bilərsiniz və biz toyunuzu və ya konfransınızı unudulmaz etmək üçün ən məşhur aşpazları dəvət edəcəyik.

Daha çox kəşf edin

Kurortdan daha artığı

rent

Qolf kartlar 

Biz sakinlərimizə və qonaqlarımıza ən yaxşı və ən müasir imkanları təklif edirik, eyni zamanda ətraf mühitin qayğısına qalırıq. Sea Breeze ətrafında gəzmək üçün qolf taksisinə zəng edə və ya qolf kartları icarəyə götürə bilərsiniz. Bir aydan çox müddətə icarəyə götürdükdə sakinlərə 15% endirim edilir. Sizin rahatlığınız üçün hər cür şərait yaradırıq!

Ətraflı məlumat üçün: +994 50 550 00 83

delivery

Yeməyin
çatdırılması

Sea Breeze Delivery eksklüziv olaraq kompleksin ərazisində fəaliyyət göstərən yemək çatdırılması xidmətidir və bu sifarişiniz sürətlə gətiriləcəyinə zəmanətdir. Proqramı mobil telefonunuza yükləyin və Sea Breeze ərazisindəki məkanlardan istənilən yeməkləri seçin. Kuryerlər otel otağınıza, mənzilinizə və ya çimərlikdə istirahət edirsinizsə, birbaşa şezlonqunuza təzə salat, doyumlu makaron və ya dəniz məhsulları gətirəcəklər.

SATIŞ OFİSİ
mail
SATIŞ OFİSİ
mail
OTEL
mail
BEACH CLUB
mail
MƏTBUAT XİDMƏTİ
mail