Sea Breeze Baş Plan
Liner Təslim 2029
& Hotel Swissôtel Təslim 2028
Daşınmaz əmlak
Mənzillər Şəxsi villalar TaunhauslarHotellər
İnfrastruktur
MAĞAZALAR ÇİMƏRLİK KLUBLARI SAĞLAMLIQ VƏ SPA İDMAN ƏYLƏNCƏ TƏHSİL VƏ İNKİŞAF RESTORANLAR VƏ BARLAR XİDMƏTLƏRsəslə
səssiz
Sea Breeze Baş Plan Sea Breeze Baş Plan
Təslim 2029
Caspian Dream
Liner
Xəzər dənizinin mavi dalğalarında üzən bəyaz layner formasında fantastik 11 mərtəbəli apart-hotel. Xüsusi olaraq Caspian Dream Liner üçün süni yarımada salınıb. Müasir memarlıq və mühəndisliyin bu şah əsəri Adel Zehni tərəfindən dizayn edilib.
Təslim 2029
Blue Waters
Dəniz dalğalarından ilhamlanan və şüşə divarları sanki ağuşuna alan fasad dekoru ilə premium yaşayış kompleksi. Layihənin valehedici memarlıq dizaynı aparıcı Benoy və Squire & Partners beynəlxalq bürosu tərəfindən hazırlanmışdır.
Təslim 2028
Sky Park
Ultramüasir premium mənzil kompleksi: high tech üslubda dörd bina. Qlobal meqapolislərə ithafən layihələndirilmiş memarlıq incisi dəniz kurortunun təbii gözəlliyi ilə harmoniyada yaradılmışdır. Panoramik pəncərələrdən möhtəşəm dəniz mənzərələri açılır. Dekorativ fəvvarə və dizayner işıqlandırması hər gəzintini parlaq təcrübəyə çevirir.
Marina Village
İtalyansayağı dəbdəbə üslubunda mini-şəhər. Hündür tağları və kirəmitli damları olan eleqant evlər, mənzərəli yaxta limanı və Venesiya tərzində kanallar. Bu, Azərbaycanda özəl marina və yaxta klubu olan yeganə layihədir. "Kiçik Venesiya" birinci sahil xəttində, dənizdən cəmi 40 metr məsafədə yerləşir.
Təslim 2026
Park Residences 3
Eleqant Park Residences 3 yaşayış kompleksi Xəzər dənizinin sahillərində ənənəvi Avropa üslubu və müasir dizayn həllərinin harmoniyasını təmsil edir. Panoramik pəncərələr və terraslar, palma ağaclarının kölgəsində geniş həyət və rahat lounge məkanları – həyatın gözəlliyindən zövq almaq üçün lazım olan hər şey burada var.
Təslim 2028
Park Lane
Minimalist üslubda müasir yaşayış kompleksi. Pilləli memarlıq, lakonik xətlər və mənzərəli şəffaf lociyalar. Dörd bina palma ağacları ilə əhatə olunmuş və landşaft dizaynı ilə layihələndirilmiş yaşıl bulvarlarla birləşdirilib.
Təslim 2027
Skyline
Xəzərin sahilini qucaqlayan dalğalar kaskadını xatırladan futuristik apart-hotel. Unikal memarlıq sakit təbii mühitlə uzlaşır: açıq terraslarda tropik ağaclardan yaşıl parklar yaradılıb.
Təslim 2027
Palazzo del Mare
Xəzər dənizi sahilində təntənəli tağları, bəzəkli terrakota damları və geniş qalereyaları olan italyan sarayları üslubunda dəbdəbəli kompleks. Açıq rəngli fasadları olan zərif binalar abadlaşdırılmış bağlarla, şəffaf sulu firuzəyi hovuz isə palma ağacları ilə əhatə olunub.
Təslim 2028
Harbour Residence
Avropa sahil şəhərləri üslubunda premium apart-hotel kompleksi. Zərif həndəsi fasadlar, isti terrakota tonları və şəffaf lociyalar gözəllik və rahat yaşam hissi bəxş edir. Harbour Residence-in yaxınlığında Azərbaycanın ən hündür binası olan futuristik Cipriani Tower tikiləcək.
Təslim 2029
Park Residences 4
Park Residences 4 sevimli Park Residences layihəsinin davamıdır. Geniş eyvanları olan parlaq ağ binalardan ibarət bu yaşayış kompleksi müasir Avropa minimalizmini rahat dənizkənarı tətil atmosferi ilə birləşdirir.
Təslim 2029
Paradise
Xəzər dənizinə təkrarsız mənzərələr təqdim edən yeni yaşayış kompleksi. Dörd terrakota binanın pəncərələrindən sonsuz dənizə doyunca tamaşa etmək olar. Həyatdan 7/24, yəni fasiləsiz zövq almaq üçün düşünülmüş xüsusi konsepsiya müstəsna komforta gətirib çıxarır.
Təslim 2029
Miami Residence
Birinci sahil xəttində parlayan şüşə fasadlı mini-şəhər – iş-həyat balansı konsepsiyasının ideal təcəssümü. Dəbdəbəli Miami Residence kompleksində lacivərd hovuzları olan yaşayış binaları, zərif kafelər və dizayner butikləri, eləcə də fərdi iş və görüşlər üçün rahat iş məkanları mövcuddur.
Təslim 2027
Lighthouse 2
Açıq terrasları və sahil həyatının gözəlliyini əks etdirən hündür, şəffaf pəncərələri olan 16 binadan ibarət premium yaşayış kompleksi. Hündür palma ağacları və xüsusi landşaft dizaynı ilə əhatə olunmuş qar kimi bəyaz binalardan ibarət bu işıqlı kvartal sakit, eyni zamanda dəbdəbəli həyat axtarışında olanlar üçün əsl cazibə yerinə çevrilib.
Təslim 2028
Arabian Ranches
Xəzər dənizi sahilində ərəb memarlığı və mədəniyyətinə xas üslubda tikilmiş möhtəşəm yaşayış kompleksi. Arabian Ranches Azərbaycan və BƏƏ-dən olan memarlar, mühəndislər və dizaynerlər tərəfindən layihələndirilib. Burada hər iki mədəniyyətin ənənəvi estetikası gələcəyin innovativ texnologiyaları ilə birləşir.
Təslim 2029
Apart-hotel Yes
YES – dənizin sahilində yerləşən şəhərdə olduqca rahat yaşayış konsepsiyasını təqdim edən beynəlxalq şəbəkəyə aid apart-hotel. Unikal tərzi ilə seçilən həndəsi memarlıq, iki bina, futuristik interyer dizayn, rahat planlamalar və hazır həllər – Sea Breeze-də icarə biznesi gələcək nailiyyətlər üçün yeni perspektivlər açır.
Təslim 2027
Prime Residence 1
Prime Residence 1 – Mayaminin dənizkənarı atmosferindən ilhamlanaraq layihələndirilmiş yeni yaşayış kompleksi: açıq tonlar, təmiz xətlər və panoramik pəncərələr. Birinci sahil xəttində yerləşən eleqant binalar geniş hovuzları və bu hovuzlar boyunca uzanan şezlonqları əhatə edir.
Təslim 2029
Prime Residence 2
Prime Residence 2 – Xəzər dənizinin qızılı qumlu sahillərində yerləşən müasir yaşayış kompleksi. Panoramik pəncərələri və açıq terrasları olan işıqlı dörd bina müasir şəhər komfortu ilə rahatladan kurort həyat tərzinin harmoniyasını təklif edir.
Təslim 2028
Raffle Residences
& Hotel Swissôtel
Dünyaca məşhur Swissôtel brendindən birinci sahil xəttində yerləşən lüks hotel. Unikal asimmetrik memarlıq, hər mərtəbədə cakuzi və lounge bağları olan terraslar, üstəlik açılan mənzərələrin sonsuz gözəlliyi – burada premium tətil və kurort həyatının bütün imkanlarını şəxsən yaşayacaqsınız.
Palm Beach
Unikal fasad dizaynı, şəffaf eyvanları və mənzərəli terrasları ilə altı binadan ibarət və birinci sahil xəttində yerləşən eleqant yaşayış kompleksi. Palm Beach kompleksinin ərazisi başdan-başa palma ağacları ilə örtülüb və cənub çiçəklərinin gözəlliyi ilə göz oxşayır.
Təslim 2027
Gardens Residences
Dekorativ fasad, terrakota damları, panoramik pəncərələri və eyvanları, üstəlik şəxsi verandaları olan tərzli kvartal. Çimərliyə birbaşa çıxışı olan və birinci sahil xəttində yerləşən müasir yaşayış kompleksi.
Təslim 2029
Monaco Residence
Fərqli fasad dizaynı və panoramik pəncərələri olan altı binadan ibarət nüfuzlu kompleks. Monaco Residence məxfiliyə dəyər verənlər üçün nəzərdə tulub: hər bina ancaq bir blokdan ibarətdir və hər mərtəbədə yalnız altı mənzil var. Düşünülmüş planlamalar, tərzli interyerlər və 7/24 fasiləsiz xidmət layihənin statusunu vurğulayır.
Təslim 2029
Whitestone Beach
Birinci sahil xəttində dalğavari fasadları, açıq terrasları və panoramik eyvanları olan və bərq vuran dörd bina. Xəzər dənizinə əsrarəngiz mənzərələr, infinity-pool hovuzu və qızılı qumlu özəl çimərliyi ilə Whitestone Beach ultra-müasir kurort şəhərində həyatdan zövq almaq üçün idealdır.
Təslim 2029
Premium Residence
Unikallığa dəyər verənlər üçün eksklüziv yaşayış kompleksi. Asimmetrik fasadların dinamik memarlığı, Xəzər dənizinə açılan panoramik pəncərələr və geniş mənzillər. 12-ci mərtəbədəki panoramik terras ve qış çimərliyi isə bütün il boyunca kurort atmosferi bəxş edir.
The Grand
Xəzər dənizinin birinci sahil xəttində möhtəşəm apart-hotel. Bu dəbdəbəli kompleks hotel və şəxsi rezidensiya anlayışlarını birləşdirir. Çimərlik ilə The Grand kompleksini yalnız hündür palma ağaclarının kölgəsindəki gəzinti yolu ayırır.
Park Residences 2
Avropa tərzində minimalistik memarlıq ilə aktual dizayn həllərini birləşdirən müasir səviyyəli yaşayış kompleksi. Palma ağacları arasında xüsusi landşaft dizaynı ilə seçilən gəzinti yolları və lacivərd hovuzlar istənilən vaxt özünüzü tətil atmosferinə qərq etməyə imkan verir.
Palazzo del Vento
Xəzər dənizinin sahilində müasir yaşayış kompleksi. Zərif memarlıq, eleqant landşaft dizaynı və müasir texnologiyalar. Layihə birmənalı şəkildə sakit kurort həyatını təcəssüm etdirir.
Təslim 2028
Malibu Residence
Şüşə dalğanı xatırladan fasadları ilə seçilən möhtəşəm bina. Xəzər dənizi ilə həmahəng olan memarlıq. Kurort şəhərində maksimum komfort üçün nəzərdə tutulmuş geniş mənzillər kolleksiyası. Süni Halfmoon yarımadası və dünyasəviyyəli kazino prestijli yerləşməsi ilə seçilən layihənin yaxınlığındadır.
Təslim 2030
Panorama by Elie Saab
Azərbaycanda ilk brendləşdirilmiş yaşayış kompleksi. Əfsanəvi Elie Saab moda evi ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Birinci sahil xəttində yerləşən möhtəşəm bina işığın və dalğaların incə harmoniyasını əks etdirir. Elie Saab və Carlo Colombo tərəfindən dizayn edilmiş memarlıq, yüksək servis və zərif interyerlərin mükəmməl vəhdəti.
Təslim 2030
Reportage Heights
Reportage Heights-da memarlıq sadəcə görüntü deyil, bir ambisiyadır — dənizlə səma arasındakı dialoqdur. Bura yalnız sakinlər üçün deyil, həyat və investisiya anlayışını yenidən təyin edənlər üçün yaradılıb. Bu sadəcə bir layihə deyil - bu, yeni bir yaşayış fəlsəfəsidir.
Təslim 2030
Brabus Island Baku
Dünyaca məşhur alman brendi olan BRABUS-un unikal fəlsəfi yanaşmasının davamıdır. Bu brend eksklüziv dizaynı, gücü və mükəmməl keyfiyyəti ilə tanınır. Layihə BRABUS-un estetikasını və xarakterini Xəzər dənizi sahilində premium yaşayış konsepsiyasına uyğunlaşdırır. Burada hər detal brendin ruhunu əks etdirir: cəsarətli, müasir və kompromisssiz.
Təslim 2029
Park Residences 5
Xəzər sahilində tərzli mənzil kompleksi. Avropa minimalizmində səkkiz bəyaz bina və istirahət üçün dörd üzgüçülük hovuzu. Sea Breeze infrastrukturuna yaxınlığa və rahatlığa dəyər verənlər üçün ideal seçim.
Təslim 2029
Marina Bay
Xəzər dənizinin birinci sahil xəttində, yaxt-klubdan və dənizdən cəmi bir neçə addım məsafədə yerləşən müasir yaşayış kompleksi. Panoramik pəncərələrə və şəxsi eyvanlara malik mənzillər hər gün dəniz mənzərələrindən və təbii işıqdan zövq almağa imkan verir, ilboyu kurort həyatı hissi bəxş edir.
Təslim 2031
Sabah Towers
Şəhər həyatının dinamikasını dənizkənarı kurortun rahat atmosferi ilə birləşdirən yaşayış və hotel kompleksi. Dəniz mehinin təravəti, təbiət və müasir infrastruktur şəhərin enerjisi ilə dəniz sahilinin sakitliyi arasında mükəmməl harmoniya təmin edir.
Təslim 2029
Riviera Residence
Sea Breeze şəhər-kurortunun tam mərkəzində, birinci sahil xəttində yerləşən premium yaşayış kompleksidir. Layihə üç müasir binadan ibarətdir və Yacht Club-un yaxınlığında yerləşərək prestijli məkanla kurort həyat tərzini dəniz kənarında komfortlu həyat üçün özündə birləşdirir.
Təslim 2029
Renessans Residences
Renessans Residences – şəhər həyatının rahatlığı ilə dənizkənarı kurort ab-havasının ahəngini təqdim edən, qapalı və 24/7 mühafizə olunan ərazidə yerləşən premium yaşayış kompleksi. Müasir memarlıq, geniş və işıqlı məkanlar, eləcə də dənizə yaxınlıq həm gündəlik yaşayış, həm də istirahət üçün ideal şərait yaradır.
Təslim 2029
Deluxe Residence
Birinci sahil xəttində yerləşən premium yaşayış kompleksidir və kurort atmosferində komfortlu həyat üçün yaradılmışdır. Layihə ticarət qalereyası və bütün əsas infrastrukturun yaxınlığında yerləşir. Geniş terraslar, panoramik mənzərələr və yüksək komfort.
Təslim 2029
Palazzo Di Roma
Yaxt-klub və dənizkənarı gəzinti zonasının yaxınlığında, birinci sahil xəttində yerləşən, zərif neoklassik Avropa memarlığı ilə seçilən premium yaşayış kompleksi. Kompleksdən dənizə və sahilboyu əraziyə möhtəşəm panoramik mənzərələr açılır, sakinlər isə rahat, məxfi istirahət atmosferindən zövq ala bilərlər.
White Villas
Xəzərin tam sahilində yerləşən hi-tech üslublu birmərtəbəli ağ villalar. Burada dalğaların zərif səsi və dənizin mehi duyulur. Hər villaya mini terrası, məxməri qazonu və dekorativ hovuzu olan şəxsi həyət də daxildir, yaşıllıqlardan qurulmuş hasarlar isə məxfiliyi və sakitliyi təmin edir.
Private Villas
Dənizin sahilində terrakota damları, hündür pəncərələri və geniş həyətləri olan lüks villalar. Villalarda panoramik eyvanlar və mənzərəli terraslar da var. Hər evin qarşısında lounge zonası və ya üzgüçülük hovuzu üçün uyğun olan və landşaft dizaynı edilmiş sahə var.
Təslim 2028
Arabian Ranches
Xəzər dənizi sahilində ərəb memarlığı və mədəniyyətinə xas üslubda tikilmiş möhtəşəm yaşayış kompleksi. Arabian Ranches Azərbaycan və BƏƏ-dən olan memarlar, mühəndislər və dizaynerlər tərəfindən layihələndirilib. Burada hər iki mədəniyyətin ənənəvi estetikası gələcəyin innovativ texnologiyaları ilə birləşir.
Palazzo del Sol
Antik dövrlərdən ilhamlanaraq layihələndirilmiş və səs-küydən uzaqda yerləşən yaşayış kompleksi. Təbii daşdan hörülmüş fasada malik zərif bina – qədim Roma memarlığı və bu mədəniyyətə xas ənənəvi saraylara dərin hörmətlə. Məxfiliyə və müstəsna rahatlığa dəyər verənlər üçün cənnət.
Palazzo del Verdi & Rosa
Terrakota damları, bəzəkli pəncərələri və rahat terrasları olan iki incə malikanə. Bol yaşıllıqlar içində yerləşən bu geniş evlər Florensiya saraylarının memarlıq ənənəsində dizayn edilmişdir. Hər evin öz mənzərəli həyəti var.
Palazzo della Luna
Şəhərkənarı həyatın sakitliyi və şəhərin rahatlığına eyni dərəcədə dəyər verənlər üçün zərif yaşayış kompleksi. Florensiya saraylarının əzəmətli memarlığı, valehedici dəniz mənzərələri və landşaft dekorunun sanki əsrarəngiz rəsm əsərlərini xatırladan gözəlliyi.
Woodville
Xəzər dənizi sahilində müasir Skandinaviya üslubunda unikal yaşayış kvartalı. İki tərəfli damları, asimmetrik pəncərələri və açıq eyvanları olan 57 evdən ibarət kolleksiya. Bir və ikimərtəbəli mənzillərdə panoramik terraslar da var.
Apart-hotellər
The Grand
Xəzər dənizinin birinci sahil xəttində yerləşən möhtəşəm apart-hotel. Bəmbəyaz binadan lüks çimərliyə doğru hündür palmaların kölgəsində uzanan promenad ilə getmək olar. Üç açıq hovuz, dəbdəbəli restoran, spa salonu və butiklər – ideal istirahət üçün hər şey.
Apart-hotellər
Lighthouse
Xəzər dənizi sahilində yerləşən premium yaşayış kompleksi. Güzgülü fasadlar və şəffaf lociyalara malik dörd səkkizmərtəbəli bina. Hər mənzil gözəl mənzərələr təqdim edən eyvan və ya geniş terras ilə tamamlanır.
Yaşayış kompleksi
Park Residences 1
Avropa minimalizmi üslubunda beş premium bəyaz bina. Panoramik pəncərələrdən akvamarin hovuzlara və göz oxşayan palmalara gözəl mənzərə açılır. Beş metrlik tavanlar və mükəmməl insolyasiya sayəsində bol gün işığı məkanı işıqlandırır. Burada il boyu kurort həyatını yaşamaq mümkündür.
Villalar
White Villas 1&2
Xəzərin sahilində yerləşən hi-tech üslublu birmərtəbəli ağ villalar. Burada dalğaların zərif səsi və dənizin mehi duyulur. Hər villaya mini terrası və dekorativ hovuzu olan şəxsi həyət də daxildir, yaşıllıqlardan qurulmuş hasarlar isə məxfiliyi təmin edir.
Apart-hotellər
White Residences
Sea Breeze Beach Club çimərliyindən bir neçə dəqiqəlik məsafədə yerləşən dördmərtəbəli apart-hotel. Geniş hovuz və rahat şezlonqlar, birinci mərtəbədə isə ev ab-havasında White Cafe. Hər mənzildən, eyvan və ya terrasdan Xəzər dənizinə əsrarəngiz mənzərə açılır.
Yaşayış kompleksi
Park Residences 2
Avropa minimalizmi üslubunda beş premium bəyaz bina. Panoramik pəncərələrdən akvamarin hovuzlara və göz oxşayan palmalara gözəl mənzərə açılır. Beş metrlik tavanlar və mükəmməl insolyasiya sayəsində bol gün işığı məkanı işıqlandırır. Burada il boyu kurort həyatını yaşamaq mümkündür.
Yaşayış kompleksi
Polo Residences
Minimalist üslubda 16 korpusdan ibarət nüfuzlu kompleks. Təbii fasad çalarları və şəffaf panoramik pəncərələr sayəsində kompleks ilə kurort landşaftı arasında harmoniya təmin olunur. Geniş terraslardan Xəzər dənizinə füsunkar mənzərələr açılır. Kompleksin mərkəzində lounge məkanı olan böyük özəl hovuz yerləşir.
Apart-hotellər
Sea Breeze Hotel
Qayğılardan uzaq Mayami sahilləri üslubunda zərif apart-hotel. Geniş otaqlar və dənizə gözəl mənzərə. Ağ şezlonqlarla əhatə olunmuş lacivərd hovuz, unikal kokteyllərin təklif olunduğu bar, fitnes mərkəzi və rahat spa – istirahətin dadını çıxarmaq üçün ideal məkan.
Apart-hotellər
DREAM HOTEL
Sakit və rahat istirahəti seçənlər üçün Xəzərin sahilində geniş apart-hotel. Az sayda otaq sakitlik və məxfiliyə zəmanətdir, panoramik terraslar isə gün doğumu və qürubların gözəlliyinə canlı şahidlik etməyə imkan verir.
Şəhər evləri və Mənzillər
Woodville
Xəzərin sahilində Skandinaviya üslubunda taunhaus və apartamentlər kompleksi – ikitərəfli damlar, asimmetrik pəncərələr və açıq eyvanları olan 57 ev. Özəl hovuz, kompleksə aid park, idman və oyun sahələri – hərtərəfli dolğun həyat və qayğısız istirahət üçün hər bir detal düşünülüb.
Villalar
CaspiMayr Retreat Beach Resort
Avstriyanın premium F.X. Mayr-Medicine tibbi kurortunun ərazisində yerləşən lüks villalar kolleksiyası. Hovuzlara birbaşa çıxış və dənizə panoramik mənzərələri olan 22 villa. Qızılı qumlu özəl çimərlik isə istirahəti sanki talassoterapiya seansına çevirir.
Lighthouse Mall
Müasir alış-veriş və əyləncə mərkəzi. Qlobal brendlərə aid geyim, aksesuar, kosmetika və ev əşyaları təklif edən konsept mağazalar. Elektronika və məişət texnikası mağazası. Rahat kafe və restoranlar çeşidi.
Emporium
Məşhur Bakı konsept mağazası yeni formatda. Qlobal brendlərə aid geyim, aksesuar, kosmetika və ev əşyaları təklif olunur. Qadın, kişi və uşaq kolleksiyaları. Mütəmadi olaraq yenilənən məhsullar.
Yana Jewellery
2010-cu ildə ƏSASI QOYULMUŞ YANA moda evinin flaqman zərgərlik brendinə aid Azərbaycanda ilk butik. Qiymətli daşlarla bəzədilmiş qızıl zərgərlik məmulatları, unikal tərz və detallara xüsusi diqqət.
Zehni Store
Dizayner geyimləri, zərgərlik məmulatları, seçilmiş kosmetika və incəsənət əşyaları təklif edən konseptual butik. Dəbli alış-veriş və gənc Azərbaycan rəssamlarının rəsmlərini almaq imkanı.
DOME by Middle East
Alış-veriş, mədəni tədbirlər və Yaxın Şərq üslubunda istirahəti birləşdirən çoxfunksiyalı pavilyon və incəsənət məkanı. Qlobal və yerli geyim, aksesuar, zərgərlik məmulatları və ətriyyat brendləri. Tematik məclislər, DJ musiqisi və stand-up komediya şouları. Şərab barı, kokteyllər və məxsusi təamlar.
Fleur de Lis Flower Shop
Premium gül butiki və dizayner floristikası. İstənilən obraz və ya münasibətlə buketlərin hazırlanması. Toy, özəl və korporativ tədbirlər üçün dekor. Biznes floristikası – işgüzar hədiyyələr üçün buketlər.
24 saat fəaliyyət göstərən supermarket
Zəngin assortiment, istehsalçıların geniş seçimi və Bravo markası altında təklif olunan məhsullar.
Nikki Beach
Nikki Beach həyat tərzindən bir parçanı evinizə aparın. Nikki Beach Baku-da yerləşən butik, çimərlik həyatından ilhamlanan kurort geyimləri, aksesuarları və eksklüziv markalı məhsulların seçilmiş seçimini təklif edir. Nikki Beach-in mahiyyətini əks etdirən şık əsas əşyaları və unikal əşyaları kəşf edin.
https://shop.nikkibeach.com/?srsltid=AfmBOoo54dwOnjqJuXuKPVchuvjAfmcfiN712FTgDxmCO0Y-NiZLrqoo
Nikki Beach
Xəzər dənizinin möhtəşəm sahillərində yerləşən Nikki Beach Baku, istirahət və enerjinin mükəmməl harmoniyası ilə unudulmaz bir təcrübə təqdim edir.
Rezervasiya üçün email vasitəsi ilə əlaqə saxlayın [email protected] ya da +994 55 505 88 85 nömrəsinə zəng edin.
https://nikkibeach.com/baku/dine-drink/nikki-beach-restaurant-beach-club/
Maize Beach
Yapon və Peru kulinariya ənənələrinin unikal ahəngini təklif edən premium çimərlik klubu və restoranı. Suşi barı, ekzotik kokteyllər, gün ərzində eleqant çimərlik istirahəti və axşamlar möhtəşəm şoular.
The Beach Club
Komfortlu ailəvi tətillər üçün nəzərdə tutulmuş geniş çimərlik kompleksi. İki geniş hovuz və açıq mətbəxi olan restoran. Burada ləzzətli Azərbaycan və Avropa mətbəxinə aid növbənöv təamlar təklif olunur. Musiqi qruplarının çıxışı.
Havana Beach Club
Xəzərin sahilində rahat istirahət üçün premium çimərlik klubu. Qızılı qum, dizayner şezlonqları, tropik kokteyl barı və parlaq yemək meydançası.
White Beach Club
Açıq hava terrası ilə yunan üslubunda restoran və çimərlik sahəsinə malik zərif çimərlik kompleksi. Lacivərd hovuzlar və bəyaz ağ alaçıqlarla geniş çimərlik. Canlı musiqi ilə tematik gecələr. Dəniz məhsulları, ət və tərəvəzlərdən unikal yeməklər, eləcə də geniş şərab çeşidi.
YOLO Beach Club
Yumşaq şezlonqlar və rahat alaçıqlarla əhatə olunmuş lüks hovuz daxil olmaqla tərzli çimərlik klubu. Unikal mətbəxə malik restoran və tayı-bərabəri olmayan kokteyllərin təqdim olunduğu bar. Xüsusi DJ setləri və canlı musiqi.
CaspiMayr Retreat Beach Resort
Avstriya tibb kurortu CaspiMayr-a aid lüks çimərlik məkanı. Açıq hovuz, premium spa və dekorativ bağı olan özəl çimərlik. Sağlamlıq qastronomiyasına yeni baxış təqdim edən unikal restoran.
CaspiMayr rekreasiya kurortu
Avstriyanın məşhur F.X. Mayr-Medicine tibbi kurortunun Azərbaycanda ilk filialı – CaspiMayr holistik velnes-sağlamlıq mərkəzi və lüks-resortu. Hərtərəfli diaqnostika və fərdiləşdirilmiş terapiya. Dərin detoks, immunitetin bərpası, onurğanın möhkəmləndirilməsi, çəki korreksiyası, estetik kosmetologiya.
Sea Breeze Anti-Aging Center
Müasir sağlamlıq kompleksi, cavanlaşma, bərpa və detoks proqramları, eləcə də ayrı-ayrı prosedurlar. Aparat və inyeksiya kosmetologiyası, bədənin korreksiyası. Spa prosedurları, müalicəvi masaj, manual terapiya. Müalicəvi yoqa və fitnes.
Referans Sea Breeze
Geniş xidmət spektri təqdim edən innovativ tibbi mərkəz. Laborator müayinələr (7000-dən çox analiz növü), ixtisaslaşmış həkimlərin qəbulu, aparat diaqnostikası, təcili yardım, qadınlar, kişilər və uşaqlar üçün kompleks müayinə proqramları.
Wellness Club The Grand
The Grand apart-hotelinin ərazisində yerləşən premium sağlamlıq kompleksi. Hidrotermal zonalı geniş spa mərkəzi: hamam kompleksi, Himalay duz saunası, masaj otaqları. Crocus Fitness şəbəkəsinin müasir fitnes klubu. Böyüklər üçün üç açıq hovuz və günəşdən qorunmaq üçün üzəri talvarla örtülü iki uşaq hovuzu.
Crocus Fitness Lighthouse 4 idman kompleksi
Kardio, güc və funksional məşqlər, krossfit üçün ən yeni avadanlıqlarla təchiz olunmuş premium fitnes klubu. İdman hovuzu, qrup məşqləri zalı, relaksasiya zonası. Ölkə və dünya çempionu titullarına sahib təcrübəli məşqçilər, beynəlxalq instruktorlar.
Crocus Fitness Village Ladies Only
Crocus Fitness beynəlxalq premium klub şəbəkəsinin yeni layihəsi. Xüsusi olaraq qadınlar üçün yaradılmış fitnes məkanı – atmosferə, dizayna və psixoloji rahatlığa xüsusi diqqət ilə. Tamamilə qadın heyəti, geniş məşq istiqamətləri, tematik master-klaslar və qadınlar üçün yaradıcı görüşlər.
İdman meydançaları
Tennis kortu, basketbol meydançası, futbol sahəsi, çimərlik futbolu və voleybol üçün meydançalar.
Sport Beach Club
Açıq havada geniş idman kompleksi. Padel kortları, futbol sahəsi, tennis kortları, voleybol meydançası, məşq üçün taxta trenajorlar.
Kazino
Avropanın ən böyük kazinosu. 90.000 m²-dən çox ərazi, 100-dən artıq oyun masası, 1500 oyun avtomatı. Dünyanın müxtəlif ölkələrindən 3000-5000 qonağı cəlb edəcək beynəlxalq poker turnirləri. İnfrastruktur 2500 tamaşaçı üçün konsert zalı və brend hotellərlə tamamlanacaq.
Dream Arena
Açıq havada genişmiqyaslı konsert məkanı. Ölkənin ən böyük musiqi tədbirlərinin, o cümlədən beynəlxalq Dream Fest festivalının keçirilməsi üçün məkan. Xəzər dənizi sahilində müxtəlif səhnələr, lounge zonaları və food-courtlar.
Event Hall
Dənizin sahilində ağ rəngli dəbdəbəli çadır – ən vacib tədbirlər üçün möhtəşəm məkan: gözəl toylar, möhtəşəm yubileylər, geniş konfranslar və parlaq konsertlər. Sahəsi: 1300 m², peşəkar işıq və səs avadanlıqları, müasir səhnə. Banket üçün 500, furşet üçün isə 1500 qonağın rahat yerləşməsi. Müəllif menyusunun hazırlanması.
Nəhəng baxış çarxı
Populyar ailəvi attraksion. İstənilən hava şəraitində dənizə və şəhərə panoramik mənzərə (qapalı kabinlər).
Akvapark
Dənizin kənarında yerləşən və 9900 m² sahəyə malik su attraksionlarından ibarət mini-şəhər. Böyüklər və uşaqlar üçün hovuzlar, müxtəlif çətinlik səviyyəli sürüşkənlər, rahat lounge zonaları, yemək zonaları və barlar. Sea Breeze hotellərinin qonaqları və rezidentləri üçün avtobus xidmətləri.
Luna-park
Müasir əyləncə və parlaq emosiyalar məkanı. Xəzər dənizi mənzərəli baxış çarxı, ailəvi attraksionlar – Orbita, Pirat gəmisi, Crazy Dance və avtodrom. Nağılvari karusellər, fiqurlu sürüşkənlər və uşaqlar üçün oyun zonaları.
Sea Breeze Sirki
Hər mövsüm müxtəlif ölkələrdən görkəmli artistlərin iştirakı ilə yeni proqram. Nəfəs kəsən tryuklardan nadir heyvanlarla unikal nömrələrə qədər – hər proqram dünyasəviyyəli arenalara layiq parlaq hadisəyə çevrilir.
Nikki Beach
Həftəlik tədbirlər və əyləncələrin dinamik təqvimi ilə Nikki Beach Baku-nun enerjisini yaşayın. Sol Sister Ladies Day-də bizə qoşulun, həftəsonunu Saturdance ilə rəqs edin və Xəzər dənizinin fonunda keçirilən Amazing Sundays üçün dostlarınızla toplaşın. Yay boyunca xüsusi tədbirlər, qonaq DJ-lər və eksklüziv şənliklər Nikki Beach ruhunu canlandırır.
LANDAU School
Dünyanın ən yaxşıları sırasında tanınan Britaniya təhsil proqramlarının tətbiq olunduğu özəl orta məktəb. Dərslər ingilis dilində Cambridge, Edexcel Pearson, IGCSE və A-Level proqramları üzrə keçirilir və müvafiq imtahanlar verilir. İki attestat: milli və beynəlxalq.
SABAH School
Sahibkarlıq, innovasiya və tənqidi düşüncənin inkişafına yönəlmiş beynəlxalq proqram üzrə fəaliyyət göstərən özəl innovativ məktəb. İki təhsil pilləsi – məktəbəqədər və ibtidai məktəbin 1-2-ci sinifləri. Dərsdənkənar fəaliyyətlər – robototexnika, rəqs, idman və musiqi. Fitnes və aktiv oyunlar üçün xüsusi məkanlar.
Nine Senses Art Center
Yaradıcılıq və özünüinkişaf üçün müasir incəsənət mərkəz. İncəsənəti, mənəvi təcrübələri və təhsil proqramlarını birləşdirən çoxfunksiyalı məkan. Sərgilər və master-klasslar, yoqa, pilates və somatik gimnastika məşğələləri, poeziya axşamları və sənətşünasların mühazirələri.
Scalini Restaurant
Scalini italyan restoranlar şəbəkəsinin filialı. Xəzərin sahilində Apennin yarımadasının autentik mətbəxi. İtalyan şef, ənənəvi reseptlər: dadlı pasta, nazik xəmirdə pizza, şirəli steyklər, təzə dəniz məhsulları və incə desertlər. Açıq terras, dənizə gözəl mənzərə.
Bosfor Restaurant
Klassik türk mətbəxinin parlaq təcəssümü. Şərq qonaqpərvərliyi ab-havası və ənənəvi türk evi üslubunda interyer. Geniş autentik yeməklər seçimi – müxtəlif mezelərdən ləzzətli kabablara və desertlərə qədər. Açıq şou-mətbəx. Şənbə günləri Turkish Nights musiqi axşamları.
McDonald's Sea Breeze
Dünyaca məşhur fast-food restoranının 200 nəfərlik tutuma malik filialı. Unikal həndəsi interyer dizaynı. Xəzər dənizinə panoramik mənzərəli geniş terras.
Shore House
Xəzərə mənzərəli, dəbli lounge və yay terrası olan zərif restoran. Avropa, pan-Asiya və Azərbaycan mətbəxindən iştahaaçan yeməklər. Zəngin şərab kartı və geniş alkoholsuz kokteyl seçimi. İstedadlı musiqiçilərin canlı çıxışları.
Fish Box
Dəniz mövzusuna həsr olunmuş balıq restoranı: dəniz konteynerlərindən qurulmuş korpus, interyerdə ağ və mavi tonlar, şezlonqlu geniş veranda, Xəzərə əsrarəngiz mənzərə. Menyuda dəniz məhsullarına vurğu ilə onlarla Avropa və pan-Asiya yeməyi. İki zal, veranda və özəl tədbirlər üçün 2 VIP məkan.
Famous Greek Restaurant
Xəzərin sahilində yerləşən gözəl ailəvi restoran. Ağ-mavi tonlarda interyer, Aralıq dənizi atmosferi. Özəl çimərlik, rahat şezlonqlar və bar. Avropa mətbəxinə xüsusi vurğu edilməklə hazırlanan müasir fyujn təamlar. 90 nəfərlik terras, 80 nəfərlik qapalı zal və 5 kabinet.
Beerbasha Miami Sea Breeze
Əfsanəvi pivə restoranı – Beerbasha tərəfindən hazırlanan növbənöv təzə çəllək pivələri, parlaq yeməklər və dadlı qəlyanaltılar. 150 nəfərlik komfortlu məkan, özəl çimərlik, peşəkar qəlyan ustaları. Axşamlar canlı musiqi.
Park Cafe
Brend-şef Sergey Kondakovun rəhbərliyi ilə fəaliyyət göstərən tərzli restoran. Yumşaq tekstil, bitkilərlə zəngin dekor, taxta mebellər və dizayner çilçıraqlar. İtalyan mətbəxinin zəngin dad palitrası: mortadella pizzası, yaşıl alma ilə qızılbalıq tartarı, qara trüfel pastası ilə rizotto, brokkoli və dorblu pendiri ilə dana əti və daha nələr. Çoxçeşidli bar menyusu.
NOMA
Dəniz kənarında zərif qəhvə məkanı. Peşəkar baristalardan müəllif qəhvələri. Qeyri-adi növlər, unikal reseptlər və maraqlı dad birləşmələri. Dənizə füsunkar mənzərə və rahatlandıran atmosfer.
Le Pain Quotidien
1990-cı ildə Belçikada əsası qoyulmuş məşhur kafe və un məmulatları mağazası şəbəkəsinin filialı. Avropasayağı istirahət ab-havası. Təzə bişmiş çörəkdən nəfis salatlara və tartinlərə qədər orqanik menyu.
Yaban Restaurant
Xəzərin sahilində parlaq bar-restoran. Azərbaycan və Avropa mətbəxi: quzu sacından şirəli kalmar tempuraya qədər. Geniş pivə seçimi – çəllək və butulkada.
Tambura
Ət yeməkləri və təzə bişmiş məhsullara xüsusi önəm verilən autentik türk mətbəxi restoranı. İskəndər kabab, lahmacun, pide assortiləri və digərləri də daxil olmaqla bir-birindən dadlı geniş yemək seçimi. Şərq üslublu interyer.
Crunch
Orqanik məhsullardan hazırlanan dəbli burgerlər və müasir menyu. Ləzzətli smash-burgerlər – nazik, şirəli və xırtıldayan kotletlər. Müəllif reseptləri, rahat ab-hava və küçə tərzində interyer.
Beach Club Restaurant
600 nəfərlik ikimərtəbəli restoran, Xəzərə panoramik mənzərə. Müasir təqdimatda Azərbaycan mətbəxi. Xüsusi yeməklər: quzu kababı, lülə-kabab, nar ilə nərə balığı qovurması.
Veten
Premium Azərbaycan mətbəxi restoranı: çox dadlı milli yemələr və klassik reseptlərin müasir təqdimatı. Zərif hinduşka ləvəngisi, nar ilə ördək, boranı plovu və digər möhtəşəm təamlar. Armudu stəkanlarda samovar çayı, növbənöv içkilər. Açıq havada terras və özəl kabinetlər.
Costa Coffee
Dəniz mənzərəli rahat qəhvəxana. Dadlı səhər yeməkləri, klassik qəhvələr, qeyri-adi mövsümi təkliflər, yüngül qəlyanaltılar və zərif desertlər.
Gloria Jean's Coffees
Avstraliyadan olan məşhur şəbəkəyə aid rahat qəhvəxana. Soyuq içkilər (karamel və ədviyyatlı, manqolu, vanilli, kokoslu), klassik qəhvələr (amerikano, latte, kappuçino), zərif sendviçlər və dadlı desertlər.
Mytcha Cafe
Matça sevənlər üçün müasir dizayna malik trend kafe. Ən sevilənlər arasında: çiyələk siropu ilə matça, lavandalı krep, püstəli çizkeyk və məhz bu kafeyə özəl – kürülü tiramisu.
Kababchi
Ənənəvi Azərbaycan mətbəxi. Növbənöv kabablar və manqal yeməkləri. Manqal salatı, ev turşuları və isti lavaş. Şirkətlər üçün əlavə porsiyalar və setlər.
Fusion Club
Klassik və yeni yanaşmada Avropa mətbəxinin təqdim olunduğu geniş bar-restoran. Müxtəlif tədbirlər üçün məkan: biznes treninqlərdən interaktiv yumor axşamlarına qədər. DJ setlərlə tematik axşamlar.
The Choyxona
Xəzərin sahilində özbək mətbəxinin təqdim edildiyi rəngarəng restoran. Müasir çayxana konsepti: şərq estetikası, müasir servis və özəl yanaşmanın unikal ahəngi. Autentik şərq yeməkləri, özəl kabinetlər, açıq terras və canlı musiqi.
Nikki Beach
Aralıq dənizi mətbəxindən ilhamlanan mətbəxin Xəzər sahillərinin ləzzətləri ilə qarşılaşdığı Nikki Beach Baku-nun canlı qapalı və açıq restoranını kəşf edin. Çərşənbə axşamından bazar gününə qədər saat 12:00-dan gün batana qədər açıqdır, şık bir məkanda sahil mətbəxindən və təravətləndirici kokteyllərdən həzz alın.
https://nikkibeach.com/baku/dine-drink/nikki-beach-restaurant-beach-club/
WW Beauty
Premium xidmətlər təqdim edən dəbli gözəllik studiyası. Top-stilistdən saç kəsimi və peşəkar saç düzümü, müasir manikür və pedikür, qaşların formalaşdırılması və korreksiyası, kipriklərin laminasiyası və uzadılması, kişilər və uşaqlar üçün peşəkar bərbər xidməti.
Barbarisso Premium Kids
1-15 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş uşaq bərbərxanası. Peşəkar saç kəsimi və düzümü, müxtəlif hörüklər (afro hörüklər daxil olmaqla). Bayram və fotosessiyalar üçün yüngül uşaq makiyajı.
ABB Bank
Azərbaycan Beynəlxalq Bankının The Grand apart-hotelində yerləşən filialı. Valyuta mübadiləsi daxil olmaqla bütün əsas maliyyə əməliyyatları.
ABB bankomatı
Nağd pul çıxarışı və ödənişlər üçün bankomat və terminal.
VTB bankomatı
VTB bankının 24/7 fəaliyyət göstərən bankomatı. VTB kartları ilə nağdlaşdırma əməliyyatları.
Kapital Bank bankomatı
Azərbaycanın ən geniş xidmət şəbəkəsinə malik bankının bankomatı. Lighthouse Hotel və Shore House restoranı yaxınlığında yerləşir.
MilliON ödəniş terminalları
Nağd ödənişlər üçün terminallar. Parkinq ödənişi, bank hesablarının artırılması, kommunal xidmətlər, mobil rabitə və internet ödənişləri.
Sea Breeze satış ofisi
Burada Sea Breeze şəhər-kurortunun tamamlanmış, tikilməkdə olan və layihələndirilən obyektlərini əks etdirən 21 metrlik ən böyük maket təqdim olunur. Daşınmaz əmlakın alınması və hər bir layihə haqqında ətraflı məlumat əldə etmək imkanı.
The Grand satış ofisi
The Grand apart-hotelində premium sinfə aid apartamentlər barədə müfəssəl məlumat. Ətraflı alış şərtləri və hissəli ödəniş proqramları.
Filtrlər
Daşınmaz əmlak
Bütün Obyektlər Mənzillər Şəxsi villalar Taunhauslar
Hotellər
Bütün Obyektlər
İnfrastruktur
Bütün Obyektlər MAĞAZALAR ÇİMƏRLİK KLUBLARI SAĞLAMLIQ VƏ SPA İDMAN ƏYLƏNCƏ TƏHSİL VƏ İNKİŞAF RESTORANLAR VƏ BARLAR XİDMƏTLƏR
KONSULTASİYA
ÜÇÜN
QEYDİYYAT
Qısamüddətli
qalmaq üçün
rezervasiya edin
TƏQDİMATI
əldə edin