Dünyaşöhrətli Uill Smitin ulduzu Sea Breeze-də Şöhrət Xiyabanında yerləşdiriləcək

15 09.2024

arrow

Sentyabrın 13-də amerikalı aktyor, rejissor, ifaçı, Oskar və Qremmi mükafatları laureatı Uill Smit Bakıda “Formula 1” Qran Prisi çərçivəsində ilk dəfə konsert proqramı ilə çıxış edib. Həmin gün Uill Smit Azərbaycanda ilk və yeganə Şöhrət Xiyabanı olan Sea Breeze Walk of Fame-də fərdi çərçivə və ulduzun sahibi oldu.

Sentyabrın 14-də “Hot Latın Songs” mahnılar siyahısında ən uzun müddət liderliyini qorumuş musiqiçi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmiş kolumbiyalı reggaeton ifaçısı J Balvin də Şöhrət Xiyabanında ulduz sahibi oldu.

Sea Breeze Walk of Fame-də artıq 23 ulduz parlayır. Bir müddət öncə Nikol Şerzinger, Devid Foster, Riki Martin və digər dünya məşhurları da şəxsi imzalarını burada paylaşıblar. Tezliklə yeni ulduzlar Sea Breeze-in bütün ziyarətçiləri və sakinləri üçün nümayiş olunacaq.