Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri seçildi

02 12.2024

arrow

Bakıda rəsmi şəxslərin və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzə yaxın iş adamının iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirildi.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayaraq, ticari-iqtisadi əlaqələrin şaxələndirilməsi kontekstində Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd etdi.

Şuranın hazırkı sədri Səməd Qurbanov iki ölkə arasında ticarət və biznes əlaqələrinin inkişafı, Azərbaycanın işgüzar dairələrinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlərdən danışdı.

Tədbir çərçivəsində Şuranın İdarə Heyətinə seçkilər keçirildi. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Azərbaycan-Rusiya Biznes Şurasının İdarə Heyətinin sədri, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran İnvest” MMC-nin direktoru Qəmbər Bənənyarlı isə İdarə Heyətinin sədrinin müavini seçildilər. 

Emin Ağalarov Şuranın fəaliyyətinin sahibkarlar arasında biznes dialoqunun genişləndirilməsində və hər iki ölkənin biznes icmaları üçün tərəfdaşlıq imkanlarının artırılmasında əhəmiyyətini qeyd etdi.

2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya-Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və ixtisaslaşmış ictimai təşkilatları ilə fəal əməkdaşlıq edir.