COP29-un birinci günü: qonaqlar Sea Breeze-ə gəlməyə davam edirlər

11 11.2024

arrow

Bakıda COP29 konfransı öz işinə başlayıb. Bu beynəlxalq tədbir çərçivəsində Sea Breeze kurort şəhərciyi Qana, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Uqanda və bir çox başqa ölkələrdən qonaqları qəbul edir.

COP29 iqlim dəyişikliyi ilə bağlı BMT-nin ən mühüm konfransıdır. Azərbaycanın ev sahibliyi etdiyi ən böyük tədbir olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası noyabrın 11-dən 22-dək keçiriləcək. Bakıya 80 minə yaxın xarici qonaq, 50-dən çox dövlət və hökumət başçısı gəlib.

Sea Breeze-də qonaqları həmişəki kimi gülərüzlə və xüsusi qonaqpərvərliklə qarşılayırıq. Şəhərciyə yenicə qədəm qoyan xanım qonaqlarımıza gül dəstəsi təqdim edirik, bütün qonaqlar qeydiyyat prosedurundan keçir və yaşayış komplekslərində rahat şəkildə yerləşdirilir. Sea Breeze-də konfrans iştirakçıları üçün müxtəlif tədbirlər təşkil olunur. Məsələn, Park Residences 2-də keçirilmiş axşamda qonaqlar əsl Azərbaycan kababını dadıb, xalq rəqslərimizi izləmək imkanı əldə ediblər. Hər gün restoranlarda canlı musiqi ilə əyləncə tədbirləri keçirilir.

COP29 iştirakçıları dəniz kənarındakı yaşayış komplekslərində yerləşdirilir: Lighthouse, The Grand, Park Residences və Park Residences 2, Woodville, White Villas, Palazzo, Polo Residences, White Residences, şəxsi villalarda və taunhauslarda.

COP29 çərçivəsində konfransın işgüzar proqramının keçirildiyi Olimpiya stadionunda Yaşıl zona sektorunda Sea Breeze-in flqaman layihəsi – Caspian Dream Liner-in modeli təqdim olunur ki, bu da tədbir iştirakçılarına bu layihə barədə məlumat əldə etməyə imkan verir.