Sea Breeze-də luna park-ın açılışı

27 05.2024

arrow

Yeni yay mövsümündə Sea Breeze kurort şəhərciyinin sakinləri və qonaqlarını xoş yeniliklər gözləyir. Bu siyahıda çimərlik ərazisinin və buradakı infrastrukturun əhəmiyyətli dərəcədə genişləndirilməsi, batut parkının salınması və uşaq meydançalarının sayının artırılması, yeni park yerləri və qastronomik məntəqələrin istifadəyə verilməsini qeyd etmək olar. 

İyunun 1-də Sea Breeze ərazisində luna park-ın çoxdan gözlənilən açılışı olacaq. Burada hər kəsi müasir karusellər, sirk və akvapark gözləyəcək. Parkda üç yaşdan yuxarı uşaqlar və böyüklər üçün yeddi karusel olacaq: “Orbit”, “Pirat gəmisi”, “Dəli rəqs”, “Avtodrom” və s. Avqust ayında burada müşahidə çarxı da istifadəyə veriləcək. Buradan Xəzər dənizinin və bütün “Sea Breeze” sahil kompleksinin heyranedici mənzərələrini izləmək mümkün olacaq

Luna park Landau məktəbinə və yaxınlıqdakı digər yeni layihələrə gedən yolun yanında yerləşir. Əyləncə parkına giriş pulsuzdur, lakin karuselə minmək üçün 5 manatlıq xüsusi jetonlar almaq lazımdır. Parkın iş saatları 09:00-dan 02:00-a qədər, su parkının iş saatları isə 09:00-dan 19:00-a qədərdir.