"Sea Breeze Şöhrət xiyabanı"nda Stiven Siqalın ulduzu təqdim olundu

11 06.2024

arrow

İyunun 10-da 80, 90 və 2000-ci illərin ən məşhur Hollivud aktyorlarından biri, kinoprodüser, ssenarist, musiqiçi və aikido ustası Stiven Siqal "Sea Breeze Şöhrət xiyabanı"nda öz adını daşıyan ulduzu təqdim etdi. Karyerası boyunca Stiven Siqal 100-dən çox filmdə rol alıb. Bu siyahıda “Mühasirə altında”, “Qanundan yuxarı”, “Mühasirədə ölüm” və bir çox başqa filmləri göstərmək olar.

Stiven Siqal Eminə çoxillik əməkdaşlığa və dostluğa görə təşəkkür edib.

 “Eminin həyatıma gətirdiyi yaradıcılığa, dostluğuna və dəstəyinə görə minnətdaram”, – deyə o bildirdi. “Bu gün gözəl Bakı şəhərindı keçirilən mərasimdə iştirak etmək mənə böyük sevinc bəxş edir,”– deyə Stiven Siqal bildirdi.

Stiven Siqalın ulduzu "Sea Breeze Şöhrət xiyabanı"nda altıncı yeri tutdu. Bu günə kimi burada Müslüm Maqomayev, Tamara Sinyavskaya, Nani Breqvadze, Engelbert Humperdink və Alessandro Safinanın ulduzları yer alıb.