Əsas məzmuna keçin
bütün xəbərlər

31 avqust 2026

Sea Breeze-də klassik avtomobillərin paradı keçirilib

31 avqust 2026

30 avqust tarixində Azərbaycan Avtomobil Federasiyası (AAF) mövsümün ənənəvi yekun klassik avtomobil sərgisi və paradını keçirib. Tədbirdə 1986-cı ildən əvvəl istehsal olunmuş 100-dən çox avtomobil nümayiş etdirilib.

Proqram Dənizkənarı Milli Parkda başlayıb. Ekspozisiyada tədbirdə iştirak üçün qeydiyyatdan keçmiş avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzindəki klassik avtomobillərin daimi sərgisindən seçilmiş nümunələr də yer alıb.

Parad Sea Breeze Marina-da keçirilən sərgi ilə davam edib. Burada iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Axşam Xəzər sahilində musiqi proqramı ilə yekunlaşıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, eləcə də digər qonaqlar və paytaxt sakinləri iştirak ediblər.


 

For correct operation, please
rotate the device