11 noyabr ∙ 2026
Sea Breeze-də ənənəvi nar ağaclarının əkilməsi mərasimi keçiriləcək
11 noyabr ∙ 2026
Noyabrın 15-də saat 15:00-da Sea Breeze-də kurort şəhərinin sakinləri və qonaqlarının iştirakı ilə ənənəvi nar ağaclarının əkilməsi mərasimi keçiriləcək. Tədbir 2024-cü ildə COP29 iqlim konfransının irsi olaraq salınmış nar bulvarının tarixinin davamı olacaq.
Azərbaycanın nar paytaxtı Göyçaydan gətirilən gənc nar ağacları gələcəkdə Sea Breeze-in bütün sahilboyu ərazisi boyunca 22 kilometrdən çox uzanacaq bulvarın bir hissəsinə çevriləcək.
Saat 14:00-da Nikki Beach yaxınlığındakı villalarda uşaqlar üçün yaradıcılıq master-klassları təşkil olunacaq. Saat 15:00-da isə Nikki Beach yaxınlığındakı bulvarda ağacəkmə mərasimi keçiriləcək. Qonaqları canlı musiqi və “Odlar Yurdu” Azərbaycan Xalq Ansamblının çıxışı gözləyir.
Saat 13:30-dan etibarən The Grand-dan tədbirin keçiriləcəyi məkana ödənişsiz transfer təşkil olunacaq.
20 illik yubileyini qeyd edən Sea Breeze genişmiqyaslı yaşıllaşdırma proqramını davam etdirir. Hazırda yaşıllıq sahələri 300 hektarı əhatə edir və burada 11 milyondan çox ağac və bitki əkilib. Nar bulvarının inkişafı bu istiqamətdə atılan növbəti addım olmaqla, Sea Breeze-in ekoloji təşəbbüslərini Azərbaycanın mədəni ənənələri ilə birləşdirir.
İştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Yerlərin sayı məhduddur.
Uşaqlar üçün master-klasslara qeydiyyat: https://forms.gle/6gex51C2GmBVuyUh6
Ağacəkmə mərasiminə qeydiyyat: https://forms.gle/y6twX6sZRQTVVRYV8
*Bütün iştirakçılar lazımi alətlərlə təmin olunacaqlar.