Əsas məzmuna keçin
bütün xəbərlər

10 noyabr ∙ 2026

Emin Ağalarov Kral III Msvatinin şəxsi dəvəti ilə Esvatiniyə səfər edib.

10 noyabr ∙ 2026

Agalarov Development şirkətinin prezidenti Emin Ağalarov Kral III Msvatinin şəxsi dəvəti ilə Esvatiniyə səfər edib. Səfər krallıqda yeni Sea Breeze layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində baş tutub.

Qeyd edək ki, Kral III Msvati daha əvvəl Azərbaycana səfəri zamanı Xəzər dənizinin sahilində yerləşən Sea Breeze kurort şəhərini ziyarət edərək layihə ilə tanış olub və yüksək qiymətləndirib. İndi isə Sea Breeze konsepsiyasının Afrika qitəsində də reallaşdırılması nəzərdə tutulur. Layihənin birinci mərhələsi üzrə tikinti işlərinə yaxın zamanda başlanılması planlaşdırılır.

Agalarov Development şirkətinin prezidenti Emin Ağalarov səmimi qarşılanmaya, qonaqpərvərliyə və göstərilən etimada görə Kral III Msvatiyə və kral ailəsinə təşəkkürünü bildirib.

For correct operation, please
rotate the device