23 avqust ∙ 2026
FRANCIS MERCIER KONSERTİ SEA BREEZE-DƏ YAY MUSİQİ MÖVSÜMÜNƏ YEKUN VURDU
23 avqust ∙ 2026
22 avqust tarixində Sea Breeze-in əsas səhnəsində dünya Afro House və melodic house səhnəsinin tanınmış nümayəndələrindən biri, Haiti əsilli amerikalı DJ və prodüser Francis Mercier-in konserti baş tutub.
Sənətçi Zamna Tulum, Burning Man və Coachella kimi beynəlxalq musiqi tədbirlərində çıxışları ilə tanınır. Onun Nyu-York, Paris, Dubay, İbiza və Tulumdakı konsertləri dəfələrlə tam dolu zallarla keçirilib.
Headliner-in çıxışından əvvəl gecənin musiqi proqramında Aryme, Ciza və Nicolas Mun öz setləri ilə çıxış ediblər. İfaçılar birlikdə elektron musiqi səhnəsinin müxtəlif üslub və müasir istiqamətlərini bir araya gətirən dinamik proqram təqdim ediblər.
Gecənin sonunda baş tutan möhtəşəm atəşfəşanlıq şousu Sea Breeze-də 2026-cı il yay musiqi mövsümünə simvolik olaraq yekun vurub.
Konsert Star Breeze tərəfindən Dream Group International-ın tərəfdaş dəstəyi ilə təşkil olunub.