18 noyabr ∙ 2026
Sea Breeze-də Yeni il kampaniyası: 5%-dən başlayan ilkin ödəniş və xüsusi hissəli ödəniş şərtləri
18 noyabr ∙ 2026
Yeni il ərəfəsində Sea Breeze Xəzər dənizinin sahilində daşınmaz əmlak əldə etmək istəyənlər üçün xüsusi kampaniyaya start verir. 18 noyabr – 31 dekabr 2026-cı il tarixlərində alıcılar cəmi 5%-dən başlayan ilkin ödəniş və əmlakın dəyərinin 1%-i məbləğində aylıq ödənişlə mənzil əldə edə bilərlər.
Kampaniyanın şərtləri mənzilin tipindən asılı olaraq dəyişir: studiya mənzillər üçün ilkin ödəniş 15%, 1+1 mənzillər üçün 10%, 2+1 mənzillər üçün isə 5% təşkil edir. Bütün mənzil kateqoriyaları üzrə aylıq ödəniş əmlakın ümumi dəyərinin 1%-i məbləğində müəyyən edilib. Qalan məbləğin ödənilmə qaydası seçilmiş layihədən asılıdır.
2027–2028-ci illərdə təhvil verilməsi planlaşdırılan Lighthouse 2, Palm Beach, Polo Residences (15 və 16-cı binalar), Palazzo Del Mare, Prime Residence və Gardens Residences komplekslərində kampaniya müddətində qüvvədə olan standart hissəli ödəniş müddətləri dəyişməz qalır. Qalıq məbləğ hissəli ödəniş müddətinin sonunda, obyektin təhvil verilmə və mənzilin alıcıya təqdim olunma tarixindən asılı olmayaraq ödənilir.
Digər layihələr üzrə isə yekun ödəniş obyektin təhvil verilməsi zamanı müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir.
Kampaniya Caspian Dream Liner və Skyline layihələri istisna olmaqla, Nardaran Invest LLC şirkətinə məxsus bütün obyektlərə şamil olunur.
Xüsusi təklif Azərbaycan vətəndaşları və xarici alıcılar üçün keçərlidir. Kampaniya şərtlərindən yararlanmaq üçün müqavilə Sea Breeze-in Azərbaycan və Rusiya ərazisində yerləşən rəsmi satış ofislərində rəsmiləşdirilməlidir.
Kampaniya 31 dekabr 2026-cı il tarixi də daxil olmaqla qüvvədədir. Kampaniya çərçivəsində təqdim olunan şərtlər Sea Breeze-in digər xüsusi təklifləri ilə birləşdirilə bilməz.