Əsas məzmuna keçin
bütün xəbərlər

13 may 2025

Sea Breeze-də 2025 Yay Musiqi Mövsümünün açılışı

13 may 2025

İyunun 6-da Sea Breeze-də yay musiqi mövsümünün açılışı baş tutacaq.

Gecənin əsas ulduzu Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Miri Yusif olacaq. Sənətçinin ən sevilən hitləri Sea Breeze-in əsas yay səhnəsindən səsləndiriləcək. Konsertdən əvvəl tamaşaçılara musiqili sürpriz – Dmitri Koldun və Amirçikin parlaq çıxışları gözləyir. Konsert Xəzər dənizi sahilində möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Biletlər artıq satışdadır – iTicket-in saytında və tətbiqində, eləcə də şəhərin bütün kassalarında əldə edə bilərsiniz. Xatırladırıq ki, Sea Breeze sakinləri bütün konsertlər üçün 200 manatdan başlayan biletlərə 20% endirim əldə edirlər.

For correct operation, please
rotate the device