Əsas məzmuna keçin
bütün xəbərlər

15 iyul 2026

Slovakiya Prezidenti Sea Breeze ilə tanış olub

15 iyul 2026

15 iyul tarixində Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Sea Breeze ilə tanış olub.

Sea Breeze-in təsisçisi Emin Ağalarov dövlət başçısına kurort şəhər konsepsiyasını təqdim edib, ərazidə artıq həyata keçirilmiş əsas layihələr, eləcə də gələcək inkişaf planları barədə məlumat verib. Xüsusi diqqət rezidensiyalar, hotellər, restoranlar, çimərlik klubları, SPA və fitnes mərkəzlərini özündə birləşdirən müasir infrastruktura yönəldilib. Bu infrastruktur yaşayış, istirahət və investisiya üçün rahat mühit formalaşdırır.

Hazırda Sea Breeze-in ərazisi 750 hektardan çoxdur. Burada ümumi sahəsi 3,5 milyon kvadratmetrdən artıq yaşayış və kommersiya daşınmaz əmlakı inşa edilib, 50 mindən çox sakin yaşayır, sahil xəttinin uzunluğu isə 7 kilometri ötür.

For correct operation, please
rotate the device