11 noyabr ∙ 2026
Sea Breeze və Visa daşınmaz əmlak alışı üçün 10.000 AZN-dək bonus təklif edir
11 noyabr ∙ 2026
Sea Breeze-də daşınmaz əmlak alan müştərilər Visa Concierge vasitəsilə 10.000 AZN-dək bonus əldə edə bilərlər.
Sea Breeze Xəzər dənizi sahilində yerləşən kurort şəhərciyində daşınmaz əmlak alan premium Visa kartı sahibləri üçün xüsusi kampaniya təqdim edir. Kampaniya çərçivəsində alıcılar 10.000 AZN-dək bonus qazana bilərlər.
Təklifə əsasən, sahəsi 70 kv.m və daha az olan mənzilləri alan müştərilər 5.000 AZN nominalında elektron vauçer əldə edə bilərlər. Sahəsi 70 kv.m-dən çox olan daşınmaz əmlak aldıqda isə bonusun məbləği 10.000 AZN təşkil edir.
Kampaniyada iştirak etmək üçün Sea Breeze-də mənzil seçmək və Visa Concierge çat-botu (@VisaConciergeBot) vasitəsilə QR-kodlu elektron vauçer əldə etmək lazımdır. Müqavilə imzalanarkən Sea Breeze əməkdaşı QR-kodu yoxlayacaq. Bundan sonra vauçerin nominal dəyəri alınan daşınmaz əmlak üzrə ödənişin məbləğinə daxil ediləcək.
Təklif yalnız Nardaran Invest LLC şirkəti tərəfindən satışa çıxarılan daşınmaz əmlak obyektlərinə şamil olunur.
Xüsusi kampaniya şərtlərindən həm Azərbaycan, həm də xarici vətəndaşlar yararlana bilərlər. Bunun üçün əsas şərt Azərbaycan ərazisində fəaliyyət göstərən banklardan biri tərəfindən emissiya edilmiş premium Visa kartına sahib olmaqdır.
Visa Concierge xidməti ilə təqdim olunan bu yeni imkan Sea Breeze-də daşınmaz əmlak alışını daha cəlbedici edir və alıcılara əlavə maliyyə üstünlüyü qazandırır.