29 noyabr ∙ 2024
Sea Breeze-də xarici nümayəndə heyəti üçün tanışlıq görüşü baş tutdu
29 noyabr ∙ 2024
Noyabrın 29-da ADCB, ABC, ODDO BHF, Sinosure, Commerzbank, Mashreq, Intesa Sanpaolo, AKA Bank, Helaba kimi müxtəlif iri xarici maliyyə şirkətlərinin nümayəndələri Azərbaycanın investisiya imkanları ilə tanış olmaq üçün Bakıya səfər ediblər.
Four Seasons hotelində “Azərbaycanda alternativ investisiyalara giriş: Beynəlxalq maliyyə institutları və yerli bazar iştirakçıları arasında tərəfdaşlıq” mövzusunda görüş keçirildi.
Ardınca nümayəndə heyətinin üzvləri Sea Breeze-ə yollandılar. Ena-Kamelia Məlikova qonaqları kurort şəhərciyinin maketi ilə tanış etdikdən sonra təqdimatla çıxış etdi.