31 avqust ∙ 2026
Sea Breeze-də U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçirilib
31 avqust ∙ 2026
27-29 avqust tarixlərində Sea Breeze şəhər-kurortunda 30-dan çox ölkədən 200-dən artıq idmançının iştirak etdiyi beynəlxalq çimərlik güləşi yarışları keçirilib.
27 avqust tarixində Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı təşkil olunub. Yarışda 150-yə yaxın gənc idmançı iştirak edib. Azərbaycan millisi çempionatı 8 medalla — 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Azərbaycanın qadınlardan ibarət yığması komanda hesabında ilk dəfə dünya çempionu olub, kişilərdən ibarət komanda isə ikinci yeri tutub.
28 və 29 avqust tarixlərində Sea Breeze-də böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçirilib. Azərbaycan idmançıları 7 medal — 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Yarışların yekun nəticələrinə əsasən, Azərbaycanın kişilərdən ibarət yığması komanda hesabında birinci, qadınlardan ibarət yığması isə ikinci yeri tutub.
Çimərlik güləşi üzrə nüfuzlu beynəlxalq yarışlar Azərbaycan Güləş Federasiyası tərəfindən Dream Group International-ın dəstəyi ilə təşkil olunub və Sea Breeze-də keçirilən iri miqyaslı idman tədbirlərinin silsiləsini davam etdirib.
Şəhər-kurortun müasir infrastrukturu müxtəlif formatlı tədbirlərin keçirilməsi, eləcə də dünyanın müxtəlif ölkələrindən idmançıların, qonaqların və nümayəndə heyətlərinin qəbul edilməsi üçün geniş imkanlar yaradır.