8 dekabr ∙ 2023
Sea Breeze Resort Woman Who Matters qadın biznes forumunda
8 dekabr ∙ 2023
Dekabrın 9-da Moskvanın aparıcı tədbir məkanlarından olan “Октябрь” kinoteatrında 7-ci beynəlxalq Woman Who Matters forumu keçirilib.
Konfransda qonaq ekspert qismində Sea Breeze Resort-un kommersiya üzrə direktor müavini Ena-Kameliya Məlikova çıxış edib.
Müzakirə zamanı Ena-Kameliya daşınmaz əmlak sahəsi üzrə dəyərli bilik və təcrübələrini bölüşüb, qadınların biznesdəki roluna toxunub, eləcə də sağlam həyat tərzi mövzusu üzrə panel çıxışları çərçivəsində Sea Breeze Resort-da sağlamlığın və daxili harmoniyanın qorunması üçün təqdim olunan bütün imkanlardan bəhs edib.