Əsas məzmuna keçin
bütün xəbərlər

4 may 2024

Sea Breeze Dubayda keçiriləçək "Arabian Travel Market" sərgisinin iştirak edəcək

4 may 2024

Mayın 6-dan 9-dək Sea Breeze mütəxəssisləri Dubay Dünya Ticarət Mərkəzində keçiriləcək Arabian Travel Market (ATM) sərgisində iştirak edəcəklər.
 
ATM ənənəvi olaraq turizm sənayesinin bütün sektorlarını bir araya gətirən mühüm tədbirdir. 30 ildən artıqdır ki, bu sərgi hər il Dubay Dünya Ticarət Mərkəzində keçirilir və turizm biznesinin nümayəndələrini hədəf auditoriya ilə əlaqələndirir.

Sərgi zamanı Sea Breeze şirkətinin mütəxəssisləri Xəzər dənizinin sahilində unikal kurort və yaşayış kompleksinin layihə fondunu təqdim edəcəklər. Sərgiyə gələnlər kurort şəhərinin simvolik xüsusiyyətləri, Sea Breeze layihələrinə sərfəli investisiyalar və cəlbedici tərəfdaşlıq şərtləri haqqında məlumat əldə edəcəklər.

For correct operation, please
rotate the device