Əsas məzmuna keçin
bütün xəbərlər

18 oktyabr 2025

Sea Breeze-də Tahir Salahovun Ulduzunun Açılış Mərasimi Keçirilib

18 oktyabr 2025

18 oktyabr tarixində Sea Breeze istirahət şəhərciyində Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı, sərt üslub cərəyanının banisi Tahir Salahovun ulduzunun açılış mərasimi baş tutub. Rəssam həm milli, həm də dünya incəsənətində dərin iz qoyaraq Azərbaycan rəssamlıq məktəbinin simvoluna çevrilib.

Ulduzun açılışını onun qızı – rəssam, heykəltəraş və qalereyaçı Aydan Salahova, eləcə də nəvələri Dan Sultanov və Kayhan Salahov həyata keçiriblər. Çıxışı zamanı Dan Sultanov qeyd edib ki, Nardaran ustad üçün enerji və ilham mənbəyi, onun məşhur əsərlərini yaratdığı müqəddəs bir məkan olub.

19 oktyabrda Nine Senses incəsənət mərkəzində rəssam Kayhan Salahov tərəfindən hazırlanmış, ustadın həyat və yaradıcılığına dair video-arxiv materiallarının nümayişi keçirilib. Qonaqlar Tahir Salahovun əsərlərini, müsahibələrini və onun Nardarandakı evindən çəkilmiş kadrları izləyiblər. Filmdə rəssam həyatının mühüm anlarını və əsərlərinin yaranma tarixini bölüşür – “Abşeron qadınları”nın ümumiləşdirilmiş obrazından tutmuş Qara Qarayev və Fikrət Əmirovun portretlərinədək.
 

For correct operation, please
rotate the device