Əsas məzmuna keçin
bütün xəbərlər

14 sentyabr 2026

Azərbaycanda ilk Beach Polo World Cup turniri Sea Breeze-də başa çatıb

14 sentyabr 2026

Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq çimərlik polo turniri — Beach Polo World Cup Sea Breeze-2026 Sea Breeze kurort-şəhərində başa çatıb. Turnirin qalibi Azərbaycanı təmsil edən Elite Polo Club komandası olub. Komanda qalib kubokunu və qızıl medalları qazanıb.

Final qarşılaşmasında Elite Polo Club İsveçrənin St. Moritz komandasını 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub. St. Moritz ikinci yeri tutaraq gümüş medallara layiq görülüb.

Turnirin bürünc medalçısı Böyük Britaniyanın Red Star komandası olub. Üçüncü yer uğrunda qarşılaşmada Red Star Moscow Polo Club üzərində 9:5 hesabı ilə qələbə qazanıb.

Mükafatlandırma mərasimində turnirin fərdi nominasiyalar üzrə qalibləri də açıqlanıb. Elite Polo Club komandasının üzvü Raul Laplaset yarışın ən yaxşı oyunçusu (Best Player) seçilib. Rusiyalı Ivan Romanovski isə Best Patron mükafatına layiq görülüb. Turnirin hakimləri də “Fair Play” medalları ilə təltif olunublar.

Tədbir Dream Group International, Azərbaycan Atçılıq Federasiyası (ARAF) və World Polo-nun təşkilati dəstəyi ilə keçirilib.

Beach Polo World Cup-un keçirilməsi Sea Breeze üçün mühüm hadisə olmaqla, kurortun beynəlxalq idman tədbirlərinin keçirildiyi məkan kimi mövqeyini daha da gücləndirib. Turnir, həmçinin dünyanın müxtəlif ölkələrindən iştirakçı və qonaqları bir araya gətirərək, kurortun zəngin və müxtəlif idman və mədəni proqramın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinin bir hissəsi olub.


 

For correct operation, please
rotate the device