2 iyul ∙ 2026
Sea Breeze-də Azərbaycanın ilk peşəkar Off-Road Arenasında ilk turnir keçirildi
2 iyul ∙ 2026
28 iyun tarixində Sea Breeze ərazisində yolsuzluq idmanı üzrə ilk turnir – Sea Breeze Offroad Tournament 2026 keçirildi. Yarışlar Marina Village kompleksinin arxasında yerləşən yeni Sea Breeze Offroad Arena-da təşkil olundu və Azərbaycanda bu məqsədlə xüsusi inşa edilmiş arenada keçirilən ilk peşəkar off-road turniri kimi tarixə düşdü.
Turnir Sea Breeze, Absheron Marine və Extreme 4x4 Club tərəfindən Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə təşkil olunub. Tədbiri 1000-dən çox tamaşaçı izləyib.
Xüsusi hazırlanmış maneəli trasda iştirakçılar yüksək hazırlıq səviyyəsini və avtomobili idarəetmə bacarıqlarını nümayiş etdiriblər. Yarışlara beynəlxalq təcrübəyə malik peşəkar hakimlər heyəti nəzarət edib.
Yarışlar üç kateqoriya üzrə keçirilib: Stock, Extreme və UTV/Buggy. Stock kateqoriyasında 18 pilot (onlardan biri qadın), Extreme kateqoriyasında 11, UTV/Buggy sinfində isə 6 pilot mübarizə aparıb.
Turnirin qalibləri:
- Stock — Kamran Əsədov (Suzuki Jimny);
- Extreme — Eldar Qasımov (Jeep Wrangler JK 3.6);
- UTV/Buggy — Vüqar Tağıyev (Can-Am Maverick).
Sea Breeze Offroad Arena-nın açılışı kurort-şəhərin idman infrastrukturunun inkişafında yeni mərhələ oldu. Gələcəkdə burada ildə 6–8 dəfə olmaqla mütəmadi olaraq off-road yarışları, çempionatlar və digər avtomobil tədbirlərinin keçirilməsi planlaşdırılır.