Emin Ağalarov “Şəxsi brendinqin hüdudları” biznes forumunda məruzəçi kimi çıxış etdi

25 11.2024

arrow

Noyabrın 22-dən 24-dək Moskvanın Hyatt Regency hotelində “Şəxsi brendinqin hüdudları” (Грани Личного Бренда) adlı biznes forum keçirildi. Üç gün ərzində ekspertlər biznes mühitində, eləcə də digər sahələrdə şəxsi brendin inkişaf etdirilməsi ilə bağlı mövzuları geniş şəkildə müzakirə etdilər.

Tədbir iştirakçıları biznesin inkişafı perspektivləri haqqında danışaraq, tapşırıqların komanda üzvlərinə ötürülməsi, effektiv komandaların yaradılması və layihələrin miqyasının artırılması ilə bağlı məsələləri müzakirə etdilər, eləcə də liderlik və netvörkinq əlaqələrinin qurulması barədə fikir mübadiləsi apardılar.

Tədbirdə spiker qismində iştirak edən Agalarov Development şirkətinin prezidenti, Sea Breeze kurort şəhərciyinin sahibi Emin Ağalarov “Əsrlərlə davam edəcək biznes. Biznes, fəaliyyət prinsipləri və şəxsi brend haqqında səmimi söhbət” mövzusunda çıxış etdi.

Üç gün ərzində forum çərçivəsində Sea Breeze tərəfindən lotereya da keçirildi. Emin Ağalarovun məhz çıxışı zamanı təsadüfi seçim əsasında müəyyən etdiyi qalibə Sea Breeze-də beş günlük qalmaq fürsəti hədiyyə olundu. Qalibi təbrik edirik!