Qlobal brend Elie Saab Sea Breeze-də təqdim olunacaq

28 10.2025

arrow

Sea Breeze kurort-şəhəri beynəlxalq cəlbedicilik mərkəzi kimi statusunu möhkəmləndirməyə davam edir. Xəzər dənizinin sahilində Azərbaycanın ilk brendli yaşayış kompleksi – Panorama by ELIE SAAB, əfsanəvi moda evi ELIE SAAB ilə əməkdaşlıq çərçivəsində inşa ediləcək.

Sabah Investment Group və Reportage Properties şirkətləri bu layihənin reallaşdırılması üçün ELIE SAAB ilə tərəfdaşlıq etdiklərini elan ediblər. Bu əməkdaşlıq Sea Breeze-in müasir yaşayış mühitinin inkişafında yeni mərhələ olacaq. Kurortun prestijli hissəsində yerləşən və Xəzərin füsunkar mənzərələrini təqdim edən Panorama by ELIE SAAB, ELIE SAAB Maison ruhunda yaradılmış memarlıq harmoniyasını, panoramik məkanları və zərif interyerləri bir araya gətirir. Layihədə yüksək keyfiyyətli italyan materialları və mebelləri istifadə olunur, konsepsiya isə Sabah Investment Group təcrübəsini, Reportage Properties şirkətinin beynəlxalq yanaşmasını və ELIE SAAB-ın özünəməxsus stilini birləşdirərək, dənizkənarı zərif və komfortlu yaşayış mühiti formalaşdırır.

Sabah Investment Group İdarə Heyətinin sədri Orxan Mustafayev bildirib:

“Panorama by ELIE SAAB bizim Reportage Properties ilə tərəfdaşlığımızda yeni bir mərhələdir. Bu, Azərbaycanın ilk brendli yaşayış kompleksi olmaqla yanaşı, Sea Breeze icmasına yeni nəfəs gətirərək Xəzər sahilində yaşayış standartlarını yenidən müəyyənləşdirir.”

Reportage Group-un icraçı direktoru Andrea Nucera vurğulayıb:

“Biz beynəlxalq dizayn standartlarını yerli dəyərlər və arzularla birləşdirərək, müasir mühit yaradır və hər bir sakinə öz hekayəsinin müəllifi olmaq imkanı təqdim edirik.”

Panorama by ELIE SAAB layihəsi Azərbaycanın memarlıq və lifestyle istiqamətində inkişafında mühüm mərhələ olacaq, burada moda, dizayn və müasir həyat tərzi vahid məkanda birləşəcək.

Əvvəllər, 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Sea Breeze-də turizm və qonaqpərvərlik sahəsində genişmiqyaslı təşəbbüslər təqdim olunmuşdu. Forumda Crowne Plaza, Radisson Blu, JW Marriott, The Luxury Collection, Rixos kimi altı aparıcı qlobal otel brendinin kurort-şəhərin inkişafına rəsmi qoşulduğu elan edilib. Bundan əlavə, beynəlxalq Nobu Hospitality brendi ilə əməkdaşlıq çərçivəsində Nobu Hotel, Restaurant & Residences layihəsi Xəzər sahilində həyata keçiriləcək. Kompleksə 80 otaqlı otel, 100 rezidensiya və beş imzalı villa daxil olacaq. Tərəfdaşlıq həmçinin Nobu Sea Breeze Montenegro layihəsini də əhatə edir və bu, kurort-şəhər konsepsiyasının Azərbaycan hüdudlarından kənarda davamı olacaq.