21 iyul ∙ 2026
Sea Breeze Hotel beynəlxalq Green Key sertifikatına layiq görülüb
21 iyul ∙ 2026
20 illik yubileyini qeyd edən Sea Breeze davamlı inkişaf prinsiplərinin tətbiqini ardıcıl şəkildə davam etdirir. Bu istiqamətdə mühüm nailiyyətlərdən biri Sea Breeze Hotel-in turizm və qonaqpərvərlik sahəsində ekoloji məsuliyyət və dayanıqlı idarəetmə üzrə aparıcı beynəlxalq standartlardan biri olan Green Key beynəlxalq sertifikatına layiq görülməsi olub. Sertifikat Sea Breeze kurort şəhərin təsisçisi və sahibi Emin Ağalarova təqdim edilib.
Sea Breeze Hotel Azərbaycanda Green Key sertifikatını alan ilk şəbəkəyə daxil olmayan (müstəqil) otel olub. Sertifikatın verilməsi Green Key proqramının müəyyən etdiyi meyarlara uyğunluğun müstəqil beynəlxalq qiymətləndirməsinin nəticələrinə əsasən həyata keçirilir. Bu sertifikat otelin ekoloji idarəetmə, təbii resurslardan səmərəli istifadə və gündəlik fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqi sahəsində Green Key-in ciddi beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.
Dayanıqlı inkişaf Sea Breeze-in strateji inkişaf istiqamətlərindən biridir. Layihə çərçivəsində günəş enerjisindən istifadə də daxil olmaqla enerji səmərəliliyini artıran həllər tətbiq edilir, birdəfəlik plastik istifadəsinin azaldılması istiqamətində tədbirlər görülür, piyada xiyabanları və gəzinti marşrutları inkişaf etdirilir. Ərazi daxilində hərəkət üçün isə istixana qazı emissiyalarının azaldılmasına töhfə verən qolf-karlar və elektrik skuterlərindən istifadə olunur.
Yaşıl məkanların inkişafına xüsusi önəm verilir. Hazırda layihənin 300 hektardan artıq ərazisi yaşıllaşdırılıb, burada 11 milyondan çox ağac, kol və digər bitki növləri əkilib. Yaşıl zonaların genişləndirilməsi biomüxtəlifliyin qorunmasına, əlverişli mikroiqlimin formalaşmasına və şəhər-kurortun sakinləri və qonaqları üçün komfortlu mühitin yaradılmasına xidmət edir.