Vakansiya
Resepşn əməkdaşı
Vəzifə öhdəlikləri:
- Şirkətin qonaqlarının və müştərilərinin qarşılanması, yüksək səviyyədə xidmət göstərilməsi və zəruri məlumatların təqdim edilməsi.
- Ziyarətçilərin giriş və çıxışlarının qeydiyyata alınması, ziyarət jurnalının aparılması.
- Daxil olan zənglərin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi.
- Şirkət əməkdaşları və müştərilər üçün görüşlərin təşkili və iclas otaqlarının hazırlanması.
- Əlaqə məlumatları bazasının idarə edilməsi və mesajların vaxtında aidiyyəti şəxslərə çatdırılması.
Namizədə tələblər:
- Resepşn və ya inzibati dəstək sahəsində iş təcrübəsinə üstünlük verilir.
- Müştərilər və ziyarətçilərlə nəzakətli və mehriban ünsiyyət qurmaq bacarığı.
- Yüksək ünsiyyət bacarıqları və iş vaxtını səmərəli idarə etmək qabiliyyəti.
- MS Office proqramlarını bilmək və şirkətdə istifadə olunan digər proqram və sistemləri qısa müddətdə mənimsəmək bacarığı.
- Yüksək məsuliyyət hissi və detallara diqqət.
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.
İş şəraiti:
- Tam iş günü, iş qrafiki: 10:00–19:00.
- Şirkət tərəfindən qarşılanan yemək xərcləri.
- Sabit şirkətdə peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Vakansiya:
Resepşn əməkdaşı