Vakansiya
Satış mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Premium daşınmaz əmlak seqmentində potensial müştərilərin axtarışı və cəlb edilməsi.
- Daşınmaz əmlak obyektlərinə baxışların təşkili və keçirilməsi, müştərilərə layihələrimizin xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat verilməsi.
- Potensial müştərilərlə danışıqların aparılması və alqı-satqı müqavilələrinin bağlanması.
- Müştərilərlə uzunmüddətli münasibətlərin qurulması və yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin edilməsi.
Namizədə tələblər:
- Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi (premium seqmentdə təcrübəyə üstünlük verilir).
- Effektiv satış metodları və texnikaları üzrə biliklər.
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı.
- Rəqabətli mühitdə işləmək və qarşıya qoyulan hədəflərə nail olmaq bacarığı.
- Yüksək təşkilatçılıq qabiliyyəti və stressə davamlılıq.
- Peşəkar inkişaf və karyerada yeni uğurlar əldə etmək istəyi.
İş şəraiti:
- Sabit əməkhaqqı və satışlardan əldə olunan bonuslardan ibarət rəqabətqabiliyyətli əməkhaqqı paketi.
- Qüvvədə olan qanunvericiliyə uyğun rəsmi əmək müqaviləsi.
- Uğurlu şirkətdə karyera yüksəlişi və peşəkar inkişaf imkanları.
Vakansiya:
Satış mütəxəssisi