ÇİMƏRLİK KLUBLARI
CaspiMayr Retreat Beach Resort
Obyekt haqqında
Sea Breeze Resort kurort şəhərciyinin ərazisində Azərbaycanda ilk lüks Avstriya tibbi kurortu olan F.X. Mayr-Medicine – CaspiMayr Holistik Sağlamlıq Mərkəzi yerləşir. Mərkəz fərdi tibbi xidmət və müştərilər üçün eksklüziv şərait təklif edir.
Mərkəzin çimərlik istirahət zonası olan Retreat Beach Resort by CaspiMayr sağlamlıq və rifah üçün fərdi və holistik proqramlar təqdim edir. Bunlara orqanizmin təmizlənməsi, cavanlaşma, stressin azaldılması, yaşlanma əleyhinə qulluq və arıqlama məqsədlərinə yönəlmiş Avropa səviyyəli eksklüziv xidmətlər daxildir.
CaspiMayr-ın əsas missiyası Sea Breeze sakinləri və qonaqları üçün sağlamlığın möhkəmlənməsinə və tam rahatlamağa kömək edən, sakit və özəl çimərlik istirahəti şəraiti yaratmaqdır. Xəzər sahilinin mənzərəli təbiəti qoynunda ekoloji cəhətdən təmiz sağlamlıq praktikaları xüsusilə effektiv olur.
Telefon
+994 99 220 11 10İş saatları
İlboyu: 09:00-19:00
Yay mövsümü: 08:00-20:00
Yaşayış zamanı əlaqə nömrəsi 24 saat əlçatandır
Hər şey
sizin rahatlığınız üçün
Rahat yaşayış, istirahət və yeni təəssüratlar üçün düşünülmüş infrastruktur
-
Nikki Beach
Xəzər dənizinin möhtəşəm sahillərində yerləşən Nikki Beach Baku, istirahət və enerjinin mükəmməl harmoniyası ilə unudulmaz bir təcrübə təqdim edir.
Xəzər dənizinin möhtəşəm sahillərində yerləşən Nikki Beach Baku, istirahət və enerjinin mükəmməl harmoniyası ilə unudulmaz bir təcrübə təqdim edir.
-
Maize Beach Bar
Yapon və Peru kulinariya ənənələrinin unikal ahəngini təklif edən premium çimərlik klubu və restoranı. Suşi barı, ekzotik kokteyllər, gün ərzində eleqant çimərlik istirahəti və axşamlar möhtəşəm şoular.
Yapon və Peru kulinariya ənənələrinin unikal ahəngini təklif edən premium çimərlik klubu və restoranı.
-
The Beach
Komfortlu ailəvi tətillər üçün nəzərdə tutulmuş geniş çimərlik kompleksi. İki geniş hovuz və açıq mətbəxi olan restoran. Burada ləzzətli Azərbaycan və Avropa mətbəxinə aid növbənöv təamlar təklif olunur. Musiqi qruplarının çıxışı.
Komfortlu ailəvi tətillər üçün nəzərdə tutulmuş geniş çimərlik kompleksi.
-
Havana Beach Club
Xəzərin sahilində rahat istirahət üçün premium çimərlik klubu. Qızılı qum, dizayner şezlonqları, tropik kokteyl barı və parlaq yemək meydançası.
Xəzərin sahilində rahat istirahət üçün premium çimərlik klubu.
-
White Beach Club
Açıq hava terrası ilə yunan üslubunda restoran və çimərlik sahəsinə malik zərif çimərlik kompleksi. Lacivərd hovuzlar və bəyaz ağ alaçıqlarla geniş çimərlik. Canlı musiqi ilə tematik gecələr. Dəniz məhsulları, ət və tərəvəzlərdən unikal yeməklər, eləcə də geniş şərab çeşidi.
Açıq hava terrası ilə yunan üslubunda restoran və çimərlik sahəsinə malik zərif çimərlik kompleksi.
-
YOLO by Fomo
Yumşaq şezlonqlar və rahat alaçıqlarla əhatə olunmuş lüks hovuz daxil olmaqla tərzli çimərlik klubu. Unikal mətbəxə malik restoran və tayı-bərabəri olmayan kokteyllərin təqdim olunduğu bar. Xüsusi DJ setləri və canlı musiqi.
Yumşaq şezlonqlar və rahat alaçıqlarla əhatə olunmuş lüks hovuz daxil olmaqla tərzli çimərlik klubu.
-
Miami Beach
Miami Beach – Xəzər dənizinin sahilində yerləşən, yayın isti günlərini keçirmək üçün ideal olan geniş çimərlik kompleksi.
Miami Beach – Xəzər dənizinin sahilində yerləşən, yayın isti günlərini keçirmək üçün ideal olan geniş çimərlik kompleksi.