TƏHSİL VƏ İNKİŞAF
Landau School
Obyekt haqqında
LANDAU School özəl orta məktəbində dünyanın ən yaxşılarından biri hesab olunan Britaniya təhsil standartları uğurla tətbiq olunur.
Dərslər ingilis dilində Cambridge, Edexcel Pearson, IGCSE və A-Level proqramları üzrə keçirilir və müvafiq imtahanlarla tamamlanır. Məktəbi bitirdikdən sonra şagirdlər iki attestat əldə edirlər: milli və beynəlxalq. İngilis dilini mükəmməl bilmələri ilə yanaşı, beynəlxalq nümunəli attestat onlara təkcə Azərbaycanda deyil, digər ölkələrdə də təhsillərini davam etdirmək imkanları yaradır. Sea Breeze ərazisində yerləşən LANDAU School korpusu yaşıllıqlarla əhatə olunub. Ərazidə aktiv oyunlar üçün zona və rahat parkinq mövcuddur.
Telefon
+994 55 252 78 31
Hər şey
sizin rahatlığınız üçün
Rahat yaşayış, istirahət və yeni təəssüratlar üçün düşünülmüş infrastruktur
-
SABAH School
Sahibkarlıq, innovasiya və tənqidi düşüncənin inkişafına yönəlmiş beynəlxalq proqram üzrə fəaliyyət göstərən özəl innovativ məktəb. İki təhsil pilləsi – məktəbəqədər və ibtidai məktəbin 1-2-ci sinifləri. Dərsdənkənar fəaliyyətlər – robototexnika, rəqs, idman və musiqi. Fitnes və aktiv oyunlar üçün xüsusi məkanlar.
Sahibkarlıq, innovasiya və tənqidi düşüncənin inkişafına yönəlmiş beynəlxalq proqram üzrə fəaliyyət göstərən özəl innovativ məktəb.
-
Nine Senses Art Center
Yaradıcılıq və özünüinkişaf üçün müasir incəsənət mərkəz. İncəsənəti, mənəvi təcrübələri və təhsil proqramlarını birləşdirən çoxfunksiyalı məkan. Sərgilər və master-klasslar, yoqa, pilates və somatik gimnastika məşğələləri, poeziya axşamları və sənətşünasların mühazirələri.
Yaradıcılıq və özünüinkişaf üçün müasir incəsənət mərkəz.