2 iyul ∙ 2026
24/7 fəaliyyət göstərən Referans Sea Breeze Hospital fəaliyyətə başladı
2 iyul ∙ 2026
27 iyun tarixində kurort-şəhərin ilk çoxprofilli xəstəxanası olan Referans Sea Breeze Hospital-ın rəsmi açılışı baş tutdu. Yeni tibb müəssisəsi artıq ilk pasiyentlərini qəbul edir və Sea Breeze sakinləri ilə qonaqlarına 24 saat fasiləsiz tibbi xidmət göstərir.
Xəstəxananın açılışı yaşayış, istirahət, idman, təhsil və keyfiyyətli səhiyyə xidmətlərini bir araya gətirən müasir şəhər mühitinin formalaşdırılması istiqamətində mühüm addım oldu.
Referans Sea Breeze Hospital müasir tibbi avadanlıqlarla təchiz olunub və konsultativ-diaqnostika, cərrahiyyə, stomatologiya, doğum və neonatologiya, eləcə də reanimasiya və intensiv terapiya şöbələrini özündə birləşdirir. Pasiyentlər müxtəlif ixtisaslı həkimlərin konsultasiyalarından, laborator və şüa diaqnostikasından, cərrahi müalicədən, evdə tibbi xidmətdən və təcili tibbi yardım xidmətindən yararlana bilərlər.
Xəstəxana həmçinin xarici vətəndaşlara tibbi xidmət göstərməyə yönəlib və Azərbaycanın tibbi turizm potensialının inkişafına töhfə verməyi hədəfləyir.
Əlaqə mərkəzi: *0033
WhatsApp: +994 70 653 00 33