17 noyabr ∙ 2026
Sea Breeze-in ekoloji təşəbbüsü COP31-də təqdim olunub
17 noyabr ∙ 2026
13 noyabr 2026-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində Mavi Zonada (Blue Zone) yerləşən Azərbaycan pavilyonunda ekoloji təhsil və inklüziv iştirak sahəsində innovativ layihə olan “Caspian Senses Observatory”nin beynəlxalq təqdimatı keçirilib.
Layihə ilk dəfə 12 avqust 2026-cı ildə Xəzər Dənizi Günü çərçivəsində Sea Breeze kurort şəhəri və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən birgə həyata keçirilib. Təşəbbüsün əsasında EveryBody Is a Sensor (“Hər bir insan sensordur”) konsepsiyası dayanır. Bu konsepsiya uşaqların, o cümlədən əlilliyi olan uşaqların, duyğu orqanları vasitəsilə təbiəti öyrənməsini və sadə elmi ölçmələr aparmasını nəzərdə tutur.
Layihəni COP31-də “EkoSfera”nın rəhbəri Firuzə Sultanzadə Xəzər regionuna, ekoloji çağırışlara və şəhərlərin dayanıqlı inkişafına həsr olunmuş tematik sessiyada təqdim edib.
COP31 çərçivəsində keçirilən təqdimat ekoloji təhsilin gələcəyinə dair beynəlxalq dialoqun bir hissəsinə çevrilib və Sea Breeze-in ekoloji innovasiyaların sınaqdan keçirilməsi üçün platforma kimi potensialını nümayiş etdirib. Bu innovasiyalar gələcəkdə Azərbaycanın hüdudlarından kənarda da tətbiq oluna bilər.