Əsas məzmuna keçin
bütün xəbərlər

28 may 2025

Pələnglərlə Aqua Sirk – Sea Breeze-də yeni şou

28 may 2025

Circus Sea Breeze-də möhtəşəm premyera – Pələnglərlə Aqua Sirk başladı.

Tamaşaçıları dünyanın dörd bir tərəfindən gəlmiş artistlərin iştirak ilə parlaq su şousu gözləyir: Avropadan ekvilibrist, Rusiyadan hava gimnastları, Monqolustandan kontorsiya artistləri, Cənubi Amerikadan kəndirbazlar, çənbər rəqqasları və Latın Amerikasından olan əyləncəli kloun.

Proqramın əsas nömrəsi – benqal, ağ və nadir çəhrayı pələnglərlə möhtəşəm şou. Sirk tamaşasını Monte Karlo festivalının qalibi, məşhur italyan xoreoqraf Bruno Toni təqdim edir.

Biletlər artıq iticket.az-ın vebsaytında və tərbiqində satışdadır.
İlk nümayiş, ənənəvi olaraq, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid ailələri və qazilərin övladları üçün baş tutdu.

For correct operation, please
rotate the device