Əsas məzmuna keçin
bütün xəbərlər

17 aprel 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Sea Breeze-də olublar

17 aprel 2025

Bu gün, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğulları Əli və Mikayıl Ağalarovlar Sea Breeze ərazisində tikintisi davam edən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrlə tanış oldular. Kurort şəhərciyinin sahibi və təsisçisi Emin Ağalarov əraziyə ekskursiya keçirərək yeni daşınmaz əmlak və infrastruktur obyektləri haqqında ətraflı məlumat verdi. Yenicə təhvil verilmiş Park Residences 2 kompleksi nümayiş etdirildi. Bu kompleks 1260 mənzildən ibarət 10 yeddimərtəbəli yaşayış binasını əhatə edir. Sakinlərin rahat yaşayışını təmin etmək üçün inkişaf etmiş infrastruktur yaradılıb: hovuzlar, istirahət zonaları salınıb, ərazinin geniş abadlaşdırılması işləri aparılıb.

Sonra Prezident İlham Əliyev və prezident ailəsinin üzvləri Sea Breeze-in baş planı və həyata keçirilən layihələrin nəticələri ilə tanış oldular.

For correct operation, please
rotate the device