Əsas məzmuna keçin
bütün xəbərlər

27 avqust 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sea Breeze kurort şəhərciyində olub

27 avqust 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Sea Breeze-də olublar. Sea Breeze-in rəhbəri Emin Ağalarov bir sıra mühüm yeni layihələri, o cümlədən kurort şəhərciyindəki ən böyük apart-hotel olan The Grand, LANDAU School-un yeni binası, həmçinin ərazidəki yeni infrastruktur və mühüm obyektlər mötəbər qonaqlara təqdim edib.

Hazırda Sea Breeze gələcəyin şəhəri kimi inkişaf edir: memarlıq həlləri baxımından ekoloji, müasir və texnoloji. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kv.m-dən çox olacaq və 100 min ədəd daşınmaz əmlak tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə, iş yerlərinin sayı isə 20 min nəfərə çatacaq.

For correct operation, please
rotate the device