Əsas məzmuna keçin
bütün xəbərlər

14 avqust 2026

Sea Breeze-də FIBA 3x3 Women’s Series-in beynəlxalq mərhələsi və Media Basket turniri keçiriləcək

14 avqust 2026

Avqustun 15-dən 17-dək Sea Breeze-də Azərbaycan Basketbol Federasiyası və Dream Group-un dəstəyi ilə 3×3 formatında bir sıra basketbol tədbirləri keçiriləcək. Turnirlər kurort şəhərinin əsas səhnəsində baş tutacaq. Tədbirlərə giriş sərbəstdir.

Avqustun 15 və 16-da Sea Breeze-də FIBA 3x3 Women’s Series-in beynəlxalq mərhələsi keçiriləcək. Bu mərhələ 2026-cı ildə seriyanın Azərbaycanda keçiriləcək sonuncu yarışı olacaq.

Turnirdə dünyanın müxtəlif ölkələrindən 16 komanda iştirak edəcək. Azərbaycanı milli komanda və Neftçi SOCAR təmsil edəcək. Yarışda həmçinin Niderland, Almaniya, Avstriya, Latviya, Çexiya, Ukrayna, Polşa, Paraqvay, Misir, Benin və digər ölkələrin komandaları mübarizə aparacaq.

Avqustun 15-də təsnifat və qrup mərhələsinin oyunları saat 10:00-da başlayacaq. Avqustun 16-da saat 16:00-dan etibarən dörddəbir final, yarımfinal və final oyunları keçiriləcək. Tamaşaçılar üçün giriş sərbəstdir. Qarşılaşmalar İdman TV və FIBA 3x3-ün YouTube kanalında canlı yayımlanacaq.

Avqustun 17-də Sea Breeze-də basketbol proqramı Media Basket layihəsinin ikinci mövsümü ilə davam edəcək. Layihə basketbolu Azərbaycan media sənayesinin nümayəndələri ilə bir araya gətirən idman və media formatıdır.

Turnirdə 8 komanda iştirak edəcək. Komandaların heyətində artistlər, aktyorlar, aparıcılar, bloqerlər və digər tanınmış şəxslər yer alacaq. Oyunlar FIBA qaydalarına uyğun olaraq 3×3 formatında keçiriləcək. Saat 12:00-dan 19:00-dək ümumilikdə 16 qarşılaşma baş tutacaq.

Media Basket layihəsinin təsisçisi azərbaycanlı bloqer Ruslan Aslanovdur. Layihənin əsas məqsədi Azərbaycanda basketbolun populyarlaşdırılması və gənc auditoriyanın idmana marağının artırılmasıdır.

Bu turnirlərin Sea Breeze-də keçirilməsi kurort şəhərinin peşəkar idmanla geniş auditoriyanı bir araya gətirən böyükmiqyaslı idman tədbirləri üçün məkan kimi inkişafını davam etdirir.


 

For correct operation, please
rotate the device