24 avqust ∙ 2026
İLK DƏFƏ SEA BREEZE-DƏ ÇİMƏRLİK GÜLƏŞİ ÜZRƏ U17 DÜNYA ÇEMPİONATI VƏ DÜNYA SERİYASININ IV MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK
24 avqust ∙ 2026
27–29 avqust tarixlərində Sea Breeze ərazisində ilk dəfə Azərbaycanda çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
27 avqust tarixində 34 ölkədən 150-yə yaxın gənc güləşçi mübarizəyə qoşulacaq. Yarışlar saat 10:00 və 16:00-da olmaqla iki turda keçiriləcək və hər tur iki saat davam edəcək. İştirakçılar səkkiz çəki dərəcəsində medal uğrunda mübarizə aparacaqlar: oğlanlar arasında 60, 70, 80 və 90 kq-a qədər, qızlar arasında isə 45, 55, 65 və 75 kq-a qədər.
28 və 29 avqust tarixlərində isə estafeti böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi qəbul edəcək. Yarışda 60-dan çox idmançı iştirak edəcək. Kişilər 70, 80, 90 və 90 kq-dan yuxarı, qadınlar isə 50, 60, 70 və 70 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Hər iki gündə yarış proqramı saat 10:00 və 16:00-da olmaqla iki turda keçiriləcək və hər tur iki saat davam edəcək.
Ümumilikdə, üç gün ərzində Sea Breeze ərazisində 34 ölkədən 200-dən çox idmançı bir araya gələcək. Beynəlxalq yarışlar gənc idmançıları və çimərlik güləşinin təcrübəli nümayəndələrini bir araya gətirərək, onları Xəzər dənizinin sahilində medal uğrunda mübarizəyə çıxaracaq.
Yarışlar Azərbaycan Güləş Federasiyası tərəfindən Dream Group International-ın dəstəyi ilə təşkil olunur və McDonald’s restoranının qarşısındakı çimərlik meydançasında keçiriləcək. Giriş sərbəstdir.