23 iyul ∙ 2026
Panorama by ELIE SAAB: Azərbaycanda premium daşınmaz əmlakın inkişafında yeni mərhələ
23 iyul ∙ 2026
Sabah Investment Group, Reportage Group və ELIE SAAB ilə birgə Panorama by ELIE SAAB layihəsinin təməlqoyma mərasimini keçirərək, ELIE SAAB brendi altında Azərbaycanda ilk yaşayış layihəsinin tikintisinə rəsmi start verib. Mərasim Xəzər dənizi sahilində yerləşən Sea Breeze ərazisində baş tutub və Azərbaycanın premium daşınmaz əmlak bazarı üçün mühüm hadisəyə çevrilib. Layihə beynəlxalq dizayn təcrübəsini, memarlıq innovasiyalarını və ELIE SAABbrendinin tanınmış lifestyle fəlsəfəsini bir araya gətirəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, investorlar, eləcə də Sabah Investment Group, Reportage Group və ELIE SAAB rəhbərliyi iştirak ediblər. Açılış nitqləri ilə Sabah Investment Group-un təsisçisi Orxan Mustafayev, Sea Breeze-in təsisçisi Emin Ağalarov və ELIE SAAB Group-un baş icraçı direktoru Elie Saab Jr. çıxış ediblər. Elie Saab Jr.-ın Bakıya səfəri layihənin strateji əhəmiyyətini və tərəfdaşların Azərbaycanda premium həyat tərzinin yeni standartını formalaşdırmaq niyyətini bir daha nümayiş etdirib. Panorama by ELIE SAAB layihəsi Sabah Investment Group tərəfindən Reportage Group ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Layihə Sea Breeze-in birinci sahil xəttində, Xəzər dənizinə panoramik mənzərəsi olan 23 531 kvadratmetrlik ərazidə inşa olunacaq. Memarlıq konsepsiyası sahil xəttinin axıcılığından ilhamlanaraq ətraf landşaftla harmonik şəkildə vəhdət təşkil edir və eyni zamanda ELIE SAAB-ın zərif dizayn üslubunu əks etdirir. Layihədə bir və iki yataq otaqlı mənzillərdən başlayaraq dupleks və penthauslara qədər 550-dən çox rezidensiya təqdim olunacaq. ELIE SAAB-ın kreativ rəhbərliyi altında hazırlanan interyerlər təbii mərmər, premium materiallar, fərdi tamamlanma elementləri və İtaliyada istehsal olunan eksklüziv ELIE SAAB Maison mebelləri ilə fərqlənəcək. Layihəyə həmçinin wellness zonaları, hovuzlar, abadlaşdırılmış bağlar, rezidentlər üçün lounge məkanları və peşəkar əmlak idarəetmə xidmətləri daxil olacaq. Panorama by ELIE SAAB Azərbaycanın premium brend rezidensiyalar portfelinin mühüm hissəsinə çevriləcək və memarlıq, dizayn və müasir həyat tərzinin vahid konsepsiyada birləşdiyi aparıcı sahilyanı məkan kimi Sea Breeze-in inkişafını daha da gücləndirəcək.