Əsas məzmuna keçin
bütün xəbərlər

4 noyabr ∙ 2026

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva AIREX 2026 sərgisində Sea Breeze stendi ilə tanış olublar

4 noyabr ∙ 2026

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi — AIREX 2026-da olublar.

Sərgi çərçivəsində onlar Sea Breeze stendi ilə tanış olublar. Burada layihənin kommersiya direktoru Ayaz Tağıyev kurort şəhərin ərazisində həyata keçirilən və yeni layihələr, onların inkişaf mərhələləri və başa çatdırılması üçün nəzərdə tutulan müddətlər barədə məlumat verib.

Stenddə kurort şəhərin 23 kilometrlik baş planının miniatür maketi nümayiş olunur. Baş plana Fire Island kimi süni yaradılmış ərazilər də daxildir. Həmin ərazidə Formula 1 trasının salınması planlaşdırılır. Həmçinin Caspian Dream Liner layihəsinin, Halfmoon yarımadasının, Sky Park və Digital Residence layihələrinin ayrıca maketləri yer alır.

Həmin gün AIREX 2026 çərçivəsində Sea Breeze-in satış direktoru Ena-Kameliya Melikova kurort şəhəri və onun investisiya imkanları haqqında təqdimatla çıxış edib. Noyabrın 5-də isə o, brend rezidensiyaların inkişafı, lüks daşınmaz əmlak bazarındakı aktual tendensiyalar və premium həyat tərzinin yeni standartlarına həsr olunan panel müzakirəsində iştirak edəcək.

AIREX 2026 daşınmaz əmlak bazarının nümayəndələrini, tikinti və inkişaf şirkətlərini, eləcə də investorları bir araya gətirən beynəlxalq sərgidir. Tədbirdə Avropa və Asiyadan 70-dən çox yerli və xarici şirkət iştirak edir. Sərgi noyabrın 6-dək davam edəcək və təxminən 20 000 qonağı qəbul edəcəyi gözlənilir.


 

For correct operation, please
rotate the device