Əsas məzmuna keçin
bütün xəbərlər

23 iyun 2026

Sea Breeze və ABB Azərbaycanda ilk dəfə hibrid ipoteka proqramını təqdim edir

23 iyun 2026

Sea Breeze və ABB dəniz kənarında daşınmaz əmlak əldə etmək üçün yeni imkanlar yaradan və Azərbaycanda ilk təklif olunan innovativ maliyyə məhsulu – hibrid ipotekanı təqdim edirlər. 

Yeni proqram klassik ipoteka ilə tikinti və daşınmaz əmlak şirkəti tərəfindən təqdim olunan daxili maliyyələşdirməni birləşdirir. Daşınmaz əmlakın dəyərinin bir hissəsi ABB tərəfindən illik 12% faiz dərəcəsi ilə 10 ilədək müddətə maliyyələşdirilir, qalan hissə isə Sea Breeze tərəfindən 5 ilədək müddətə faizsiz daxili maliyyələşdirmə formasında təqdim olunur. Bu kombinasiya sayəsində nominal illik faiz dərəcəsi 7%-dən başlayır.

Yeni yanaşma daşınmaz əmlak alışını daha əlçatan edir və alıcıların maliyyə yükünü azaldır. Hibrid ipoteka rəsmiləşdirən müştərilər “İkiqat ƏDV” kampaniyasından da yararlana bilərlər: ilkin ödəniş 15%-dən olduqda Sea Breeze geri qaytarılan ƏDV məbləği həcmində artırılmış keşbek təqdim edir. ✨

Proqram haqqında ətraflı məlumat almaq və uyğun daşınmaz əmlak seçmək üçün 840 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

For correct operation, please
rotate the device