Əsas məzmuna keçin
bütün xəbərlər

1 oktyabr ∙ 2026

Sea Breeze CAMCA Regional Forum 2026-nın əsas məkanlarından biri olub

1 oktyabr ∙ 2026

30 sentyabr 2026-cı il tarixində Sea Breeze ərazisində CAMCA Regional Forum 2026 çərçivəsində Host Country Day keçirilib. Tədbir Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstandan dövlət nümayəndələrini, investorları və iri şirkət rəhbərlərini bir araya gətirən beynəlxalq forumun proqramının bir hissəsi olub.

Sea Breeze-in təsisçisi Emin Ağalarov 100-dən çox beynəlxalq iştirakçı üçün təqdimat keçirib və şəhər-kurort ərazisi üzrə tanışlıq turu təşkil edib. O, qonaqlara Sea Breeze-in infrastrukturu, əsas layihələri və inkişaf perspektivləri barədə məlumat verib.

Sea Breeze-in investisiya imkanlarını Satış direktoru Ena-Kameliya Melikova təqdim edib. O, həmçinin əməkdaşlıq formatları və tərəfdaşlıq perspektivlərindən danışıb.

Proqram çərçivəsində qonaqları Azərbaycanın müxtəlif bölgələri ilə tanış edən interaktiv mədəni sessiya, həmçinin CAMCA şəbəkəsinin fəaliyyəti və onun çərçivəsində həyata keçirilən layihələrə dair təqdimat keçirilib.

1–2 oktyabr tarixlərində CAMCA Regional Forum 2026 Fairmont Baku otelində davam edib. Forumun əsas proqramı çərçivəsində Sea Breeze Halfmoon memarlıq maketinin və interaktiv 3D turun təqdim olunduğu xüsusi stendlə iştirak edib. 3D tur iştirakçılara layihənin konsepsiyası və xüsusiyyətləri ilə daha ətraflı tanış olmaq imkanı verib.

CAMCA Regional Forum 2014-cü ildə Mərkəzi Asiya ölkələri, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan arasında əməkdaşlığın inkişafına xidmət edən illik beynəlxalq platforma kimi təsis edilib. Forum dövlət qurumlarının, biznesin, investisiya icmasının və ekspert dairələrinin nümayəndələrini bir araya gətirir. Fəaliyyəti ərzində forum 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spikeri bir araya gətirib.

Forumun gündəliyi regional inkişafın aktual məsələlərini əhatə edir. Bunlara sahibkarlıq və investisiyalar, ticarət və nəqliyyat, yaşıl maliyyələşmə, süni intellekt, fintech, təhsil, turizm və media daxildir.

For correct operation, please
rotate the device