Əsas məzmuna keçin
bütün xəbərlər

17 may 2023

Sea Breeze ReExpo Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində

17 may 2023

Mayın 19-20-də Baku Crystal Hall-da Atlm Expo tərəfindən təşkil olunan 6-cı Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi - ReExpo keçiriləcək.

Sərgidə Azərbaycan, Türkiyə, Monteneqro, Kipr və Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdən 300-dən çox lüks daşınmaz əmlak layihəsi təqdim olunacaq.

Sizi Sea Breeze kurort şəhərciyinin maketi, həmçinin videomateriallar, məlumat broşuraları, kataloqların təqdim ediləcəyi stendimizi ziyarət etməyə dəvət edirik. Bundan başqa, satış menecerlərimiz sizi maraqlandıran sualları cavablandıracaqlar, həmçinin seçdiyiniz əmlak üçün qiymət təklifini hesablayacaqlar.

Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.

For correct operation, please
rotate the device