Əsas məzmuna keçin
bütün xəbərlər

13 oktyabr ∙ 2026

Sea Breeze Walk of Fame Şöhrət Xiyabanında Yuli Qusmanın ulduzu açılıb

13 oktyabr ∙ 2026

12 oktyabr 2026-cı il tarixində Sea Breeze Walk of Fame Şöhrət Xiyabanında görkəmli rejissor, televiziya aparıcısı və aktyor, uzun illər KVN münsiflər heyətinin üzvü, “Nika” Milli Kinematoqrafiya Mükafatının təsisçisi və bədii rəhbəri, Azərbaycanın Xalq artisti və Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Yuli Qusmanın adına ulduzun təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Sea Breeze-in təsisçisi Emin Ağalarov, Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Yuli Qusmanın həmkarları, dostları və yaxınları, eləcə də onun yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Qonaqlar qarşısında çıxış edən rejissor Bakı ilə xüsusi bağlılığından danışıb. “Bakıya gələndə anlayırsan ki, bu, tamamilə möhtəşəm şəhərdir. Bu gün bu barədə hamı danışır. Şəhər necə də gözəl qurulub! Dünyanın müxtəlif yerlərində yaşayan bakılılar bu şəhərə sevgi ilə birləşən, sıx bağlılığı olan böyük bir qardaşlıqdır”, — deyə Yuli Qusman qeyd edib.

Sea Breeze Walk of Fame Azərbaycanda mədəniyyət və incəsənətin görkəmli nümayəndələrinə həsr olunmuş ilk və yeganə Şöhrət Xiyabanıdır. Bu gün burada Müslüm Maqomayev, Vaqif Mustafazadə, Rüstəm İbrahimbəyov, Tahir Salahov, David Foster və digər əfsanəvi şəxsiyyətlər də daxil olmaqla, 46 görkəmli şəxsin adı əbədiləşdirilib.

Yuli Qusmanın ulduzunun açılışı yaradıcılığı və həyat yolu tarixdə dərin iz qoymuş mədəniyyət xadimlərinə ehtiram göstərilməsi ənənəsini davam etdirir.


 

For correct operation, please
rotate the device