18 avqust ∙ 2026
Sea Breeze-də FIBA 3x3 Women’s Series mərhələsi və MediaBasket-in ikinci mövsümü başa çatıb
18 avqust ∙ 2026
15–17 avqust tarixlərində Sea Breeze-də Azərbaycan Basketbol Federasiyası və Dream Group-un dəstəyi ilə 3x3 basketbol formatında silsilə tədbirlər keçirilib. Proqrama FIBA 3x3 Women’s Series beynəlxalq seriyasının mərhələsi və MediaBasket idman-media layihəsinin ikinci mövsümü daxil olub.
Avqustun 15-də Sea Breeze-də FIBA 3x3 Women’s Series mərhələsi başlayıb. Yarışda Niderland, Almaniya, Avstriya, Latviya, Çexiya, Ukrayna, Polşa, Paraqvay, Misir və Benin daxil olmaqla müxtəlif ölkələrdən 16 komanda iştirak edib. Azərbaycanı milli komanda və “Neftçi SOCAR” təmsil edib.
Avqustun 16-da mərhələnin həlledici oyunları keçirilib. “Neftçi SOCAR” dörddəbir finala yüksəlib və burada əlavə vaxtda “Madrid” klubuna 12:14 hesabı ilə məğlub olub. Komanda mübarizəni davam etdirərək finala yüksəlib və həlledici görüşdə Niderland yığması ilə qarşılaşıb. Finalda Niderland 18:13 hesabı ilə qalib gəlib. Niderland komandasının basketbolçusu Ilse Kuijt finalın MVP-si seçilib.
Avqustun 17-də Sea Breeze-də basketbolu Azərbaycan media sənayesinin nümayəndələri ilə bir araya gətirən MediaBasket layihəsinin ikinci mövsümü keçirilib. Səkkiz komanda 3x3 formatında 16 oyun keçirib. Meydana sənətçilər, bloqerlər, idmançılar, aparıcılar və digər tanınmış simalar çıxıblar.
Çempion adını layihənin ilk mövsümündə də iştirak edən “MediaKings” komandası qazanıb. Komandanın heyətində MediaBasket-in təsisçisi və bloqer Ruslan Aslanov, “Avroviziya” iştirakçısı Fahree, Azərbaycan Voleybol Federasiyasının prezidenti Vadim Kutukov, bloqer Abdulla, Rusiya MediaBasket Liqasının iştirakçısı və bloqer Asim Qasımov, həmçinin model Riyad yer alıb.
Xeyriyyə komponenti bu dəfə də layihənin bir hissəsi olub. Ötən mövsümdə olduğu kimi, təşkilatçılar qaliblər üçün nəzərdə tutulan 1000 AZN məbləğində mükafatı xəstəliklə mübarizə aparan bir uşağa ianə ediblər. Bu təşəbbüs MediaBasket layihəsinin yarandığı gündən etibarən onun konsepsiyasının bir hissəsidir.