Əsas məzmuna keçin

RESTORANLAR

Event Hall

Obyekt haqqında

Event Hall – ən vacib tədbirlər üçün məkan: dəbdəbəli toylar, təmtəraqlı yubileylər, genişmiqyaslı konfranslar və möhtəşəm konsertlər.

Dəniz sahilində yerləşən, sahəsi 1 300 m² olan nəəhng çadır istənilən tədbirin tələblərinə uyğunlaşdırıla bilər. O, peşəkar işıq və səs avadanlıqları, funksional səhnə, kondisioner, isitmə və küləkdən mühafizə sistemləri ilə təchiz olunub. Burada banket üçün 500 nəfərədək, furşet üçün isə 1000 nəfərədək qonaq rahatlıqla yerləşə bilər.

Məkanın valehedici, təntənəli bəyaz rəngi istənilən üslubda tərtibat üçün ideal fürsətdir. Dekor konsepsiyasını seçib, başdan-başa həyata keçirməkdə sizə yaxından kömək edəcəyik.

Tədbirlərin qastronomik təminatını da tam şəkildə təşkil edirik: zövqünüzə uyğun fərdi menyu hazırlayacaq və dünyanın istənilən nöqtəsindən baş aşpaz dəvət edəcəyik. Bayramınız möhtəşəm və yaddaqalan olacaq!

İş saatları

İl boyu

Sosial şəbəkələr

Hər şey
sizin rahatlığınız üçün

Rahat yaşayış, istirahət və yeni təəssüratlar üçün düşünülmüş infrastruktur

Bütün infrastruktur

For correct operation, please
rotate the device