Əsas məzmuna keçin

RESTORANLAR

Fish Box

Obyekt haqqında

Fish Box restoranının menyusunda dəniz məhsullarına üstünlük verilməklə Avropa və Pan-Asiya mətbəxlərinə aid onlarla yemək təqdim olunur.

Restoranın özünəməxsus atmosferində dəniz mənzərəsindən zövq almaq, günəş vannası qəbul etmək, müəllif yeməklərini və xüsusi kokteylləri dadmaq mümkündür. Layihənin fəlsəfəsi sadədir: keyfiyyətli dəniz məhsullarına sevgi, həyatsevərlik və yaradıcı yanaşma. Məkanın konsepsiyası onun memarlığında da əks olunur: Fish Box dəniz konteynerlərindən qurulub. Xəzərə açılan möhtəşəm mənzərəsi olan iki zalı və verandası təxminən 200 qonağı qəbul edə bilər. Kiçik və özəl tədbirlər üçün 10 və 15 nəfərlik 2 VIP zal mövcuddur.

İş saatları

Yay mövsümü
10:00-00:00

Sosial şəbəkələr

Hər şey
sizin rahatlığınız üçün

Rahat yaşayış, istirahət və yeni təəssüratlar üçün düşünülmüş infrastruktur

Bütün infrastruktur

For correct operation, please
rotate the device