RESTORANLAR
Food Court I
Obyekt haqqında
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.
Bura açıq havada yerləşən, sürətli xidmət formatında hər zövqə uyğun kafe, bar və restoranların bir araya gəldiyi məkandır. Doyumlu qəlyanaltı üçün kabab, dönər və ya burger seçə bilərsiniz. Tam nahar üçün təzə dəniz məhsulları ilə hazırlanmış pasta, dostlarla görüş üçün isə təravətləndirici kokteyllər və ya desertlər idealdır. Rahatlığınız üçün food court ərazisində masalar da yerləşir.
İş saatları
Yay mövsümü
Hər şey
sizin rahatlığınız üçün
Rahat yaşayış, istirahət və yeni təəssüratlar üçün düşünülmüş infrastruktur
-
Event Hall
Dənizin sahilində ağ rəngli dəbdəbəli çadır – ən vacib tədbirlər üçün möhtəşəm məkan: gözəl toylar, möhtəşəm yubileylər, geniş konfranslar və parlaq konsertlər. Sahəsi: 1300 m², peşəkar işıq və səs avadanlıqları, müasir səhnə. Banket üçün 500, furşet üçün isə 1500 qonağın rahat yerləşməsi. Müəllif menyusunun hazırlanması.
Dənizin sahilində ağ rəngli dəbdəbəli çadır – ən vacib tədbirlər üçün möhtəşəm məkan: gözəl toylar, möhtəşəm yubileylər, geniş konfranslar və parlaq konsertlər.
-
Scalini Restaurant
Scalini italyan restoranlar şəbəkəsinin filialı. Xəzərin sahilində Apennin yarımadasının autentik mətbəxi. İtalyan şef, ənənəvi reseptlər: dadlı pasta, nazik xəmirdə pizza, şirəli steyklər, təzə dəniz məhsulları və incə desertlər. Açıq terras, dənizə gözəl mənzərə.
Scalini italyan restoranlar şəbəkəsinin filialı.
-
Bosfor
Klassik türk mətbəxinin parlaq təcəssümü. Şərq qonaqpərvərliyi ab-havası və ənənəvi türk evi üslubunda interyer. Geniş autentik yeməklər seçimi – müxtəlif mezelərdən ləzzətli kabablara və desertlərə qədər. Açıq şou-mətbəx. Şənbə günləri Turkish Nights musiqi axşamları.
Klassik türk mətbəxinin parlaq təcəssümü.
-
McDonald's Sea Breeze
Dünyaca məşhur fast-food restoranının 200 nəfərlik tutuma malik filialı. Unikal həndəsi interyer dizaynı. Xəzər dənizinə panoramik mənzərəli geniş terras.
Dünyaca məşhur fast-food restoranının 200 nəfərlik tutuma malik filialı.
-
Shore House
Xəzərə mənzərəli, dəbli lounge və yay terrası olan zərif restoran. Avropa, pan-Asiya və Azərbaycan mətbəxindən iştahaaçan yeməklər. Zəngin şərab kartı və geniş alkoholsuz kokteyl seçimi. İstedadlı musiqiçilərin canlı çıxışları.
Xəzərə mənzərəli, dəbli lounge və yay terrası olan zərif restoran.
-
Fish Box
Dəniz mövzusuna həsr olunmuş balıq restoranı: dəniz konteynerlərindən qurulmuş korpus, interyerdə ağ və mavi tonlar, şezlonqlu geniş veranda, Xəzərə əsrarəngiz mənzərə. Menyuda dəniz məhsullarına vurğu ilə onlarla Avropa və pan-Asiya yeməyi. İki zal, veranda və özəl tədbirlər üçün 2 VIP məkan.
Dəniz mövzusuna həsr olunmuş balıq restoranı: dəniz konteynerlərindən qurulmuş korpus, interyerdə ağ və mavi tonlar, şezlonqlu geniş veranda, Xəzərə əsrarəngiz mənzərə.
-
Famous Greek Restaurant
Xəzərin sahilində yerləşən gözəl ailəvi restoran. Ağ-mavi tonlarda interyer, Aralıq dənizi atmosferi. Özəl çimərlik, rahat şezlonqlar və bar. Avropa mətbəxinə xüsusi vurğu edilməklə hazırlanan müasir fyujn təamlar. 90 nəfərlik terras, 80 nəfərlik qapalı zal və 5 kabinet.
Xəzərin sahilində yerləşən gözəl ailəvi restoran.
-
Beerbasha Miami Sea Breeze
Əfsanəvi pivə restoranı – Beerbasha tərəfindən hazırlanan növbənöv təzə çəllək pivələri, parlaq yeməklər və dadlı qəlyanaltılar. 150 nəfərlik komfortlu məkan, özəl çimərlik, peşəkar qəlyan ustaları. Axşamlar canlı musiqi.
Əfsanəvi pivə restoranı – Beerbasha tərəfindən hazırlanan növbənöv təzə çəllək pivələri, parlaq yeməklər və dadlı qəlyanaltılar.
-
Park Cafe
Brend-şef Sergey Kondakovun rəhbərliyi ilə fəaliyyət göstərən tərzli restoran. Yumşaq tekstil, bitkilərlə zəngin dekor, taxta mebellər və dizayner çilçıraqlar. İtalyan mətbəxinin zəngin dad palitrası: mortadella pizzası, yaşıl alma ilə qızılbalıq tartarı, qara trüfel pastası ilə rizotto, brokkoli və dorblu pendiri ilə dana əti və daha nələr. Çoxçeşidli bar menyusu.
Brend-şef Sergey Kondakovun rəhbərliyi ilə fəaliyyət göstərən tərzli restoran.
-
Noma
Dəniz kənarında zərif qəhvə məkanı. Peşəkar baristalardan müəllif qəhvələri. Qeyri-adi növlər, unikal reseptlər və maraqlı dad birləşmələri. Dənizə füsunkar mənzərə və rahatlandıran atmosfer.
Dəniz kənarında zərif qəhvə məkanı.
-
Le Pain
1990-cı ildə Belçikada əsası qoyulmuş məşhur kafe və un məmulatları mağazası şəbəkəsinin filialı. Avropasayağı istirahət ab-havası. Təzə bişmiş çörəkdən nəfis salatlara və tartinlərə qədər orqanik menyu.
1990-cı ildə Belçikada əsası qoyulmuş məşhur kafe və un məmulatları mağazası şəbəkəsinin filialı.
-
Yaban Restaurant
Xəzərin sahilində parlaq bar-restoran. Azərbaycan və Avropa mətbəxi: quzu sacından şirəli kalmar tempuraya qədər. Geniş pivə seçimi – çəllək və butulkada.
Xəzərin sahilində parlaq bar-restoran.
-
Tambura
Ət yeməkləri və təzə bişmiş məhsullara xüsusi önəm verilən autentik türk mətbəxi restoranı. İskəndər kabab, lahmacun, pide assortiləri və digərləri də daxil olmaqla bir-birindən dadlı geniş yemək seçimi. Şərq üslublu interyer.
Ət yeməkləri və təzə bişmiş məhsullara xüsusi önəm verilən autentik türk mətbəxi restoranı.
-
Crunch
Orqanik məhsullardan hazırlanan dəbli burgerlər və müasir menyu. Ləzzətli smash-burgerlər – nazik, şirəli və xırtıldayan kotletlər. Müəllif reseptləri, rahat ab-hava və küçə tərzində interyer.
Orqanik məhsullardan hazırlanan dəbli burgerlər və müasir menyu.
-
Beach Club Restaurant
600 nəfərlik ikimərtəbəli restoran, Xəzərə panoramik mənzərə. Müasir təqdimatda Azərbaycan mətbəxi. Xüsusi yeməklər: quzu kababı, lülə-kabab, nar ilə nərə balığı qovurması.
600 nəfərlik ikimərtəbəli restoran, Xəzərə panoramik mənzərə.
-
Veten Sea Breeze
Premium Azərbaycan mətbəxi restoranı: çox dadlı milli yemələr və klassik reseptlərin müasir təqdimatı. Zərif hinduşka ləvəngisi, nar ilə ördək, boranı plovu və digər möhtəşəm təamlar. Armudu stəkanlarda samovar çayı, növbənöv içkilər. Açıq havada terras və özəl kabinetlər.
Premium Azərbaycan mətbəxi restoranı: çox dadlı milli yemələr və klassik reseptlərin müasir təqdimatı.
-
Costa Coffee
Dəniz mənzərəli rahat qəhvəxana. Dadlı səhər yeməkləri, klassik qəhvələr, qeyri-adi mövsümi təkliflər, yüngül qəlyanaltılar və zərif desertlər.
Dəniz mənzərəli rahat qəhvəxana.
-
Gloria Jean’s Coffees
Avstraliyadan olan məşhur şəbəkəyə aid rahat qəhvəxana. Soyuq içkilər (karamel və ədviyyatlı, manqolu, vanilli, kokoslu), klassik qəhvələr (amerikano, latte, kappuçino), zərif sendviçlər və dadlı desertlər.
Avstraliyadan olan məşhur şəbəkəyə aid rahat qəhvəxana.
-
Mytcha Cafe
Matça sevənlər üçün müasir dizayna malik trend kafe. Ən sevilənlər arasında: çiyələk siropu ilə matça, lavandalı krep, püstəli çizkeyk və məhz bu kafeyə özəl – kürülü tiramisu.
Matça sevənlər üçün müasir dizayna malik trend kafe.
-
Kababchi
Ənənəvi Azərbaycan mətbəxi. Növbənöv kabablar və manqal yeməkləri. Manqal salatı, ev turşuları və isti lavaş. Şirkətlər üçün əlavə porsiyalar və setlər.
Ənənəvi Azərbaycan mətbəxi.
-
Fusion Club
Klassik və yeni yanaşmada Avropa mətbəxinin təqdim olunduğu geniş bar-restoran. Müxtəlif tədbirlər üçün məkan: biznes treninqlərdən interaktiv yumor axşamlarına qədər. DJ setlərlə tematik axşamlar.
Klassik və yeni yanaşmada Avropa mətbəxinin təqdim olunduğu geniş bar-restoran.
-
The Choyxona
Xəzərin sahilində özbək mətbəxinin təqdim edildiyi rəngarəng restoran. Müasir çayxana konsepti: şərq estetikası, müasir servis və özəl yanaşmanın unikal ahəngi. Autentik şərq yeməkləri, özəl kabinetlər, açıq terras və canlı musiqi.
Xəzərin sahilində özbək mətbəxinin təqdim edildiyi rəngarəng restoran.
-
Nikki Beach
Aralıq dənizi mətbəxindən ilhamlanan mətbəxin Xəzər sahillərinin ləzzətləri ilə qarşılaşdığı Nikki Beach Baku-nun canlı qapalı və açıq restoranını kəşf edin.
Aralıq dənizi mətbəxindən ilhamlanan mətbəxin Xəzər sahillərinin ləzzətləri ilə qarşılaşdığı Nikki Beach Baku-nun canlı qapalı və açıq restoranını kəşf edin.
-
Delivery Sea Breeze
Ləzzətli şam yeməyi üçün harasa getməyə ehtiyac yoxdur. Doyumlu nahar etmək üçün isə çimərlik istirahətinizə fasilə verməli deyilsiniz. Sea Breeze Delivery yemək çatdırılma xidməti Sea Breeze ərazisinin istənilən yerində kafe və restoranların sevimli təamlarından zövq almağa imkan verir: kuryerlər sifarişinizi mənzil və ya birbaşa şezlonqunuzun yanına çatdıracaqlar.
Ləzzətli şam yeməyi üçün harasa getməyə ehtiyac yoxdur.
-
Shaurma №1
Shaurma №1 – Sea Breeze ərazisində məşhur fast-food restoranlar şəbəkəsinin filialı.
Shaurma №1 – Sea Breeze ərazisində məşhur fast-food restoranlar şəbəkəsinin filialı.
-
Mua by Adress
Ləzzətli və gözəl mətbəxin ünvanı var – Mua by Adress.
Ləzzətli və gözəl mətbəxin ünvanı var – Mua by Adress.
-
Burger Factory
Ləzzətli qızardılmış ət, təzə tərəvəzlər və zərif pendirin mükəmməl vəhdəti…
Ləzzətli qızardılmış ət, təzə tərəvəzlər və zərif pendirin mükəmməl vəhdəti…
-
WINE Store & Bar
Grand Wine Store & Bar – The Grand lüks apart-hotelinin birinci mərtəbəsində yerləşən dəbli şərab butiki.
Grand Wine Store & Bar – The Grand lüks apart-hotelinin birinci mərtəbəsində yerləşən dəbli şərab butiki.
-
Polo Cafe
Polo Café dəniz kənarında yerləşən, Avropa mətbəxi və sakit dəniz səhəri ab-havası ilə seçilən rahat ailəvi restorandır. Burada qonaqlar ləzzətli yeməklərdən, sahil mənzərəsindən və səhər yeməkləri, nahar və ailəvi görüşlər üçün uyğun rahat mühitdən zövq alırlar.
Polo Café dəniz kənarında yerləşən, Avropa mətbəxi və sakit dəniz səhəri ab-havası ilə seçilən rahat ailəvi restorandır.
-
Divas
Gözəl məclislər üçün ideal olan DIVAS Baku müasir karaoke sistemi, yüksəkkeyfiyyətli səs və dənizkənarı atmosferi bir araya gətirir. Burada həmçinin rahat və xoş kabinet mövcuddur ki, qonaqlar daha özəl və sakit mühitdə mahnı oxuyub dincələ bilsinlər.
Gözəl məclislər üçün ideal olan DIVAS Baku müasir karaoke sistemi, yüksəkkeyfiyyətli səs və dənizkənarı atmosferi bir araya gətirir.
-
Bubbles Bubble Tea
Bubble Tea – Sea Breeze ərazisində yerləşən müasir içki məkanıdır.
Bubble Tea – Sea Breeze ərazisində yerləşən müasir içki məkanıdır.
-
Food Court II
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.
-
Restore
Restore Beach – sahildə yerləşən özəl çimərlik və lounge zonasıdır. Rahat istirahət atmosferi, müəllif kokteylləri və zəngin bar menyusu ilə seçilir.
Restore Beach – sahildə yerləşən özəl çimərlik və lounge zonasıdır.
-
White Pool Bar
White Pool Bar – gün ərzində istirahət üçün təravətləndirici içkilər və kokteyllər təqdim edən hovuzkənarı bar.
White Pool Bar – gün ərzində istirahət üçün təravətləndirici içkilər və kokteyllər təqdim edən hovuzkənarı bar.
-
L'azure Restaurant
L'Azure Restaurant – beynəlxalq səviyyəli şefin müəllif menyusunu təqdim edən, zərif qastronomiyanı uzunömürlülük və daxili tarazlıq fəlsəfəsi ilə harmonik şəkildə birləşdirən restorandır.
L'Azure Restaurant – beynəlxalq səviyyəli şefin müəllif menyusunu təqdim edən, zərif qastronomiyanı uzunömürlülük və daxili tarazlıq fəlsəfəsi ilə harmonik şəkildə birləşdirən restorandır.
-
Qrenki Beach Restaurant
Qrenki Beach – Sea Breeze ərazisində yerləşən müasir çimərlik kompleksi və istirahət məkanıdır. Dəniz mənzərəsi, rahat atmosferi və əyləncəli yay konsepsiyası sayəsində kompleks qonaqlara şəhərin səs-küyündən uzaqda istirahət etmək imkanı yaradır.
Qrenki Beach – Sea Breeze ərazisində yerləşən müasir çimərlik kompleksi və istirahət məkanıdır.
-
Food Court III
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.
-
Food Court IV
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.
Çimərlikdən və hovuzlardan cəmi bir neçə dəqiqəlik məsafədə Food Court sizi gözləyir.