Əsas məzmuna keçin

RESTORANLAR

The Choyxona

Obyekt haqqında

The Choyxona Sea Breeze – Xəzər dənizinin sahilində yerləşən və fərdi yanaşma ilə seçilən özbək mətbəxi restoranı.

Şərq ənənələri ilə Qərb trendlərinin qovuşduğu yeni formatlı çayxana.

Zövqünüzə uyğun istənilən tədbiri tam məxfi və özəl şəraitdə keçirmək mümkündür.

The Choyxona Sea Breeze – orijinal dadı qorumaq üçün xüsusi növ kök və düyünün belə hər həftə Özbəkistandan gətirildiyi autentik özbək mətbəxidir. Burada hər yemək qonağın zövqü və seçimi nəzərə alınmaqla fərdi şəkildə hazırlanır.

The Choyxona istənilən münasibətlə böyük və ya kiçik qruplar şəklində toplaşmaq üçün özəl kabinetlər təklif edir. Çünki bayram etmək üçün xüsusi səbəb lazım deyil – əsas olan anın dadını çıxarmaqdır!

The Choyxona kabinetlərində yemək zonasından əlavə lounge məkanı, yumşaq mebellərlə təchiz olunmuş istirahət zonası, dəniz mənzərəli açıq terraslar, şəxsi manqal zonaları və kaminlər, həmçinin karaoke və PlayStation mövcuddur.

Restoran həmçinin şəxsi parkinqi, ayrıca girişi və bütün zəruri şəraiti, o cümlədən duşu olan şəxsi sanitar qovşağı ilə prezident kabineti təklif edir. Bundan əlavə, təhlükəsizlik xidməti üçün ayrıca otaq və Özbəkistandan gələn baş aşpazın yalnız sizin üçün, həm də gözləriniz qarşısında yeməklər hazırlayacağı yay mətbəxi mövcuddur.

The Choyxona Sea Breeze – hətta ən tələbkar qonaqları belə özünəməxsus atmosferi və yeməklərinin dadı ilə laqeyd qoymayan məkandır.

The Choyxona Sea Breeze restoranı Sea Breeze ərazisində həyata keçirilmiş ilk xarici layihədir. Restoran ümumilikdə 200 nəfərlik 12 kabinetə, həmçinin çimərlikdə 14 laqundan ibarət yay terrasına və 100 nəfərlik yay barına malikdir.

İş saatları

Yay mövsümü
12:00-00:00

Sosial şəbəkələr

Sea Breeze Delivery
tətbiqi

Cəmi bir neçə kliklə
çatdırılma

Hər şey
sizin rahatlığınız üçün

Rahat yaşayış, istirahət və yeni təəssüratlar üçün düşünülmüş infrastruktur

Bütün infrastruktur

For correct operation, please
rotate the device