5 oktyabr ∙ 2026
“Sea Breeze” Gürcüstanda ilk satış ofisini açdı
5 oktyabr ∙ 2026
3 oktyabr tarixində Batumidə “Sea Breeze”in Gürcüstandakı ilk satış ofisinin açılışı baş tutdu. Yeni ofis beynəlxalq satış şəbəkəsini genişləndirməklə bərabər, Gürcüstan sakinlərinə “Sea Breeze”də təklif olunan daşınmaz əmlak layihələri ilə yaxından tanış olmaq imkanı yaradır.
Gürcüstanda satış şəbəkəsinin genişləndirilməsi ölkə vətəndaşlarının Azərbaycandakı daşınmaz əmlaka davamlı marağı ilə şərtlənir. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına əsasən, 2021-2025-ci illər ərzində Gürcüstan vətəndaşları Azərbaycanda daşınmaz əmlak alan xarici vətəndaşlar arasında ikinci yeri tutublar.
Ofisin fəaliyyətə başlaması ilə Gürcüstandan olan alıcı və tərəfdaşlar “Sea Breeze” satış komandasının fərdi məsləhət xidmətlərindən yararlanmaq, layihələr və daşınmaz əmlakın əldə edilməsi şərtləri barədə aktual məlumat almaq imkanı əldə edirlər.
Açılış mərasimində “Sea Breeze”in kommersiya direktoru Ayaz Tağıyev və satış və investisiyalar üzrə direktoru Ena-Kameliya Məlikova iştirak etdilər. Tədbir çərçivəsində qonaqlara kurort şəhərinin master-planı, infrastrukturu və inkişaf perspektivləri təqdim olundu.
Açılış proqramı çərçivəsində lentkəsmə mərasimi, DJ çıxışı, canlı musiqi, müxtəlif müsabiqələr, furşet və “Sea Breeze” nümayəndələri ilə tanışlıq sessiyası keçirildi. Tədbir “Sea Breeze” kurort şəhərinin maketi formasında hazırlanmış bayram tortunun kəsilməsi ilə yekunlaşdı.
“Sea Breeze” Bakıdan 20 dəqiqəlik məsafədə, Xəzər dənizinin sahilində yerləşən kurort şəhəridir. Bu günə kimi 1000 hektardan çox ərazidə ümumi sahəsi 3,5 milyon kv.m-dən çox olan yaşayış və kommersiya daşınmaz əmlak layihələrinin tikintisi başa çatıb və istifadəyə verilib. Ərazi geniş dənizyanı sahəni, müxtəlif memarlıq üslubunda mənzilləri və “Sea Breeze” sakinləri və qonaqları üçün geniş çeşiddə xidmət və əyləncə imkanlarını özündə birləşdirən müasir premium infrastrukturu əhatə edir.