10 sentyabr ∙ 2026
Sea Breeze Çin şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalayıb
10 sentyabr ∙ 2026
10 sentyabr tarixində Sea Breeze və Çinin, eləcə də dünyanın ən böyük tikinti şirkəti olan China Construction Infrastructure Co., Ltd. (CSCEC Infrastructure) Xəzər dənizində Sea Breeze kurort-şəhərinin master-planı çərçivəsində həyata keçiriləcək yeni süni Fire Island adası layihəsi üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənədi CSCEC Infrastructure şirkətinin baş direktor müavini Tsay Tsyançjou və Sea Breeze kurort-şəhərinin təsisçisi və sahibi Emin Ağalarov imzalayıblar.
Saziş çərçivəsində tərəflər daşınmaz əmlakın inkişafı və əməliyyat idarəçiliyi, mühəndislik, investisiya və maliyyələşdirmə sahələrində öz imkanlarını birləşdirmək barədə razılığa gəliblər.
Fire Island — Xəzər dənizində yerləşən, 268 hektar ərazini əhatə edən yeni süni ada layihəsidir. Layihə dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla müasir yaşayış və kurort infrastrukturunun yaradılmasını nəzərdə tutur. Adanın ərazisində, həmçinin Formula 1-in Azərbaycan mərhələsinin keçirilməsi üçün yarış trasının inşası planlaşdırılır.
CSCEC Infrastructure — China State Construction Engineering Corporation Limited (CSCEC) şirkətinin törəmə şirkəti olmaqla, qrupun infrastruktur sektorunda əsas investisiya, tikinti və əməliyyat platformalarından biridir. Şirkət şəhər və nəqliyyat infrastrukturu, energetika, su təchizatı, ekoloji layihələr, kommunikasiyalar və yeni infrastruktur kimi istiqamətlərdə fəaliyyət göstərir.
Sea Breeze — Xəzər dənizinin sahilində, Bakıdan 20 dəqiqəlik məsafədə yerləşən kurort-şəhərdir. Hazırda 1000 hektardan çox ərazidə 3,5 milyon kvadratmetrdən çox kommersiya və yaşayış daşınmaz əmlakı həyata keçirilib və istifadəyə verilib. Ərazi geniş dəniz akvatoriyasını, müxtəlif memarlıq üslublarına malik rezidensiyaları və Sea Breeze sakinləri və qonaqları üçün bütün xidmət və əyləncə imkanlarını təqdim edən müasir premium infrastrukturubirləşdirir.