arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow

SEA BREEZE

WHITE BEACH CLUB

Xəzər dənizində çimərlik cənnəti
Xəzər dənizi sahilindəki Sea Breeze istirahət kompleksinin ərazisində həyata keçirilən yeni layihə çimərlik istirahəti üzrə aktiv və şənliklə dolu əlamətdar bir məkana çevrilir.

Xəzər dənizi sahilindəki Sea Breeze istirahət kompleksinin ərazisində həyata keçirilən yeni layihə çimərlik istirahəti üzrə aktiv və şənliklə dolu əlamətdar bir məkana çevrilir.

White Beach Club özündə terras restoranını və Event Hall tədbir keçirmə sahəsinin yaxınlığındakı geniş çimərlik ərazisini birləşdirir. Klubun dizaynı çimərlik klublarına və lakonik ağ evlərlərlə xüsusiyyətləndirilən Mikonosun ənənəvi memarlığına istinad edir. Ərazi çətirli şezlonqlar, çadırlar və söhbətqahlarla təchiz edilmişdir ki, burada ümumiyyətlə günəşdən qorunmağa zəmanət verən 250 çimərlik yeri mövcuddur. Yaşıllıq elementləri ağappaq konsepsiyaya ahəngdar şəkildə uyğun gəlir, dərindən düşünülmüş işıqlandırma isə çimərliyi axşam çağı əsl klub məkanına çevirir. Müxtəlif fəal istirahət proqramı hər elə tərzdə tərtib edilmişdir ki, hər gün maksimum məmnuniyyət gətirə bilsin. Çimərlik voleybolu üçün geniş ərazi ayrılmışdır, uşaq və böyüklər üçün animasiya fəaliyyətləri həyata keçirilir, yoqa və masaj otağı mövcuddur. White Beach Club daxilində hər gün DJ partilərinin, çərşənbə axşamı və çərşənbə günləri cover qrupların canlı çıxışlarının, cümə axşamı isə Fata Morgana milli şousunun keçirilməsi planlaşdırmışdır.
Çimərlik sahəsi səhərdən başlayaraq saat 18:00-a qədər, restoran isə saat 12:00-dan son qonağa qədər açıqdır. Çimərlik həyatının ən qızğın vaxtı cümə və şənbə günlərinə, yəni məşhur sənətçilərin və DJ-lərin çıxış etdiyi vaxta düşür.
Restoran 150 oruracaq yeri üçün nəzərdə tutulmuşdur, şef aşpaz Maksim Qolovin rəhbərliyi altında mətbəx Yunan və Aralıq dənizi ənənələrini özündə birləşdirir - onu tərkibi çoxlu tərəvəz, dəniz məhsulları və ət yeməkləri ilə zəngindir. Restoranın brend barmeni Yevgeni Maksimov maraq doğuran şərab kartını və geniş çeşiddə məşhur və müəllif kokteylləri bir yerə toplayıb

Yay fəslinə aid və xüsusi üsluba malik dizayn, maraqlı qastronomik tərkib və müxtəlif əyləncə proqramı White Beach Club-u ən fərqli auditoriya, o cümlədən cütlüklər, uşaqlı ailələr və səmimi dost kompaniyalar üçün rahat yay istirahəti məkanına çevirir.

Event Hall tədbir keçirmə sahəsinə yaxın Sea Breeze İstirahət Kompleksi
 

+994 (99) 961 05 05 (Terassa)
+994 (99) 960 05 05 (Çimərlik)